https://sputnik.az/20221025/azerbaycanda-doqquz-ayda-vergi-cinayetine-gore-20-nefer-hebs-edilib-447847214.html
Azərbaycanda doqquz ayda vergi cinayətinə görə 20 nəfər həbs edilib
Azərbaycanda doqquz ayda vergi cinayətinə görə 20 nəfər həbs edilib
Sputnik Azərbaycan
Min iki yüzdən şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib 25.10.2022, Sputnik Azərbaycan
2022-10-25T13:23+0400
2022-10-25T13:23+0400
2022-10-25T13:23+0400
cəmiyyət
həbs
vergi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 25 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər şəxs tutularaq müvafiq qaydada təhvil verilib.Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.Bundan başqa, məlumata görə, ibtidai istintaqdan yayınan 977 nəfər şəxs dindirilməsi üçün məcburi gətirilib, 1204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib və 460 şəxsin tapılaraq istintaqa gəlməsi təmin edilib.Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 23,2 milyon manat məbləğində ziyanın ödətdirilməsini təmin edibMəlumata görə, hesabat dövründə vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, yeni nəsil nəzarət-kassa aparatlarına aid çeklərin satışını həyata keçirərək yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdarda gəlir əldə edilməsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markaları ilə markalanmalı olan məhsulların (malları), belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə edilməsi istisna olmaqla, satış məqsədilə saxlanılması, idxalı, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəmi 435 cinayət işi başlanılıb.İstintaqı tamamlanmış 132 cinayət işindən 62 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 11,9 milyon manat ödənilib.9 ay ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 114 vergi ödəyicisində 197 nəzarət tədbiri həyata keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 271 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 1,9 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilib, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,2 milyon manat vəsait ödətdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbs, vergi
Azərbaycanda doqquz ayda vergi cinayətinə görə 20 nəfər həbs edilib
Min iki yüzdən şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib
BAKI, 25 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər şəxs tutularaq müvafiq qaydada təhvil verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bundan başqa, məlumata görə, ibtidai istintaqdan yayınan 977 nəfər şəxs dindirilməsi üçün məcburi gətirilib, 1204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib və 460 şəxsin tapılaraq istintaqa gəlməsi təmin edilib.
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 23,2 milyon manat məbləğində ziyanın ödətdirilməsini təmin edib
Məlumata görə, hesabat dövründə vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, yeni nəsil nəzarət-kassa aparatlarına aid çeklərin satışını həyata keçirərək yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdarda gəlir əldə edilməsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markaları ilə markalanmalı olan məhsulların (malları), belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə edilməsi istisna olmaqla, satış məqsədilə saxlanılması, idxalı, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəmi 435 cinayət işi başlanılıb.
İstintaqı tamamlanmış 132 cinayət işindən 62 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 11,9 milyon manat ödənilib.
9 ay ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 114 vergi ödəyicisində 197 nəzarət tədbiri həyata keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 271 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 1,9 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilib, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,2 milyon manat vəsait ödətdirilib.