Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana turistlər ən çox bu ölkələrdən gəliblər

© BRUCE BENNETT / Getty Images via AFPtəyyarə
təyyarə - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə artıb.
BAKI, 25 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 162,7 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Gələnlərin 26,6 %-i Rusiya, 19,6 %-i Türkiyə, 11 %-i İran, 7,4 f%-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3,2 %-i Pakistan, 3,1 %-i Hindistan, 2,3 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,9 %-i Qazaxıstan, 1,8 %-i Ukrayna, 1,7 %-i İsrail, 1,6 %-i Küveyt, 1,5 %-i Özbəkistan, 1,4 %-i Oman, 1,1 %-i Böyük Britaniya, 11 %-i digər ölkələrin vətəndaşları olub. Onların 74,4 %-ni kişilər, 25,6 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, BƏƏ-dən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiyadan 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5 % artıb.
Son 1 ildə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.
Xəbər lenti
0