Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan 2022-ci ildə nə qədər buğda idxal edib

Abunə olmaq
Azərbaycana idxal olunan buğdanın dəyəri ötən ilin səkkiz ayının nəticələrinə görə 58,3% artaraq 193,4 milyon dollar olub. Azərbaycanın 2022-ci ildə nə qədər buğda əldə etdiyi barədə ətraflı məlumat üçün Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana buğda idxalı 539,3 min ton təşkil edib ki, bu da ötən ilin səkkiz ayı ilə müqayisədə 12,1% çoxdur. 2021-ci ilin yanvar-avqust aylarında ölkəyə 474 min ton buğda idxal edilib.
Eyni zamanda, idxal olunan buğdanın dəyəri ötən ilin müvafiq dövründəki 112,7 milyon dollara nisbətdə 58,3% artaraq 193,4 milyon dollara çatıb.
Yanvar-avqust aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün 358,7 dollar təşkil edib.
Bu gün Azərbaycanda buğdanın istehlakı ilə istehsalı arasındakı fərq 1,3 milyon tondur. Belə ki, ölkədə ildə iki milyon ton buğda istehsal olunur, istehlak isə 3,3 - 3,4 milyon ton həcmindədir.
Xəbər lenti
0