CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsdə olan şəxsin torpağa basdırdığı silah aşkarlanıb

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidAK-74, arxiv şəkli
AK-74, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş "AKS-74" markalı avtomat silah aşkar olunaraq götürülüb.
BAKI, 20 oktyabr — Sputnik. Həbsdə olan şəxsin 2011-ci ildə torpağa basdırdığı silah aşkarlanıb. Bu barədə DİN-dən məlumat verilib.
Xəbərə görə, Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş "AKS-74" markalı avtomat silah aşkar olunaraq götürülüb.
Xatırladaq ki, bir müddət əvvəl Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.
Məlumatda bildirilib ki, tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Xəbər lenti
0