https://sputnik.az/20221020/azerbaycan-sefirliyine-hucum-eden-radikal-ermeniye-qarsi-cinayet-isi-acilib-447669009.html
Azərbaycan səfirliyinə hücum edən radikal erməniyə qarşı cinayət işi açılıb
Azərbaycan səfirliyinə hücum edən radikal erməniyə qarşı cinayət işi açılıb
Sputnik Azərbaycan
Məlumatda bildirilib ki, o, dünən, oktyabrın 19-da sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub. 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T14:32+0400
2022-10-20T14:32+0400
2022-10-20T14:41+0400
fransa
dünya xəbərləri
səfirlik
hücum
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446202702_0:20:1001:583_1920x0_80_0_0_86019f3e30b1625fe63bca172589c00b.jpg
BAKI, 20 oktyabr — Sputnik. Ötən ay Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb.Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur.Həmçinin əldə olunan məlumata görə, Tufanyan təxminən bir həftə Paris polisinin nəzarətində olub.O, dünən, oktyabrın 19-da sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.Xatırladaq ki, ötən gün fransalı tarixçi Maksim Qauin özünün "Twitter" hesabında bildirib ki, polis Fransadakı Erməni İnqilabı Federasiyasının gənclər bölməsinin keçmiş sədri Loris Tufanyanı həbs edib.(APA)Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Fransaya nota verib. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446202702_98:0:901:602_1920x0_80_0_0_aa14c891cbf312dd14632372e628068a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa, səfirlik, hücum, azərbaycan
fransa, səfirlik, hücum, azərbaycan
Azərbaycan səfirliyinə hücum edən radikal erməniyə qarşı cinayət işi açılıb
14:32 20.10.2022 (Yenilənib: 14:41 20.10.2022) Məlumatda bildirilib ki, o, dünən, oktyabrın 19-da sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.
BAKI, 20 oktyabr — Sputnik. Ötən ay Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb.
Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur.
Həmçinin əldə olunan məlumata görə, Tufanyan təxminən bir həftə Paris polisinin nəzarətində olub.
O, dünən, oktyabrın 19-da sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.
Xatırladaq ki, ötən gün fransalı tarixçi Maksim Qauin özünün "Twitter" hesabında bildirib ki, polis Fransadakı Erməni İnqilabı Federasiyasının gənclər bölməsinin keçmiş sədri Loris Tufanyanı həbs edib.(APA)
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Fransaya nota verib. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.