Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ iqtisadiyyatı nə ilə qarşılaşıb

© AP Photo / Jae C. HongBir işçi ot tayasına ABŞ bayrağı qoyur, arxiv şəkli
Bir işçi ot tayasına ABŞ bayrağı qoyur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
RİA Novosti-nin şərhçisi ABŞ iqtisadiyyatının il ərzində resessiyaya ilə üzləşmə ehtimalını araşdırıb.
BAKI, 20 oktyabr — Sputnik. Qərb analitikləri əmindirlər ki, ABŞ iqtisadiyyatı il ərzində mütləq surətdə resessiyaya düşəcək. Hakimiyyət rekord inflayasiyanın qarşısını almaq üçün uçot dərəcəsini qaldırmağa davam edir. Lakin bununla işsizliyin artımını və iqtisadi çöküşü təşviq edirlər. RİA Novosti-nin şərhçisi İrina Krasikova vəzyyəti araşdırıb.
Resessiya qaçılmazdır
Bloomberg agentliyinin iqtisadçıları 100 faizlik ehttimalla 2023-cü ilin oktyabrı üçün ABŞ-da resessiyanı proqnozlaşdırırlar. İstehsalın düşməsi rekord inflyasiyaya görə baş verəcək. Sentyabrda illik rəqəmlərdə o 8,2% yəşkil edib. Okeanın o tərəfində belə şeyə öyrəşməyiblər. Son onillikdə qiymətlərildə 2 fazidən də az artırdılar.
Lakin yeni şərtlər xərclərə yenidən baxmağa məcbur edir – insanlar qida və benzinə qənaət edirlər. Ev təsərrüfatlarının xərclərinin böyük hissəsi yanacağa gedir. Amerikalıların təxminən yarısı bahalaşmada Co Baydeni günahlandırır. Dövlət başçısı iddialarla razı deyil: məsələn,o hesab edir ki, Kaliforniyada benzinin qallonu “həmişə yeddi dollar olub”.
Demokratın bu sözləri respublikaçılar arasında narazılığa səbəb olub.
"Bağışlayın, cənab prezident, lakin Kaliforniyada benzinin qallonu həmişə yeddi dollar olmayıb. Əslində, siz prezident olana qədər, hətta 5 dollar baha qiymət sayılırdı", - “fillərin” Senata namizədlərindən olan Mark Meyzer ironiya ilə yazıb.
"Siz dəqiq siyasətinizin milləti necə məhv etdiyi barədə anlayışa malik deyilsiniz”, - o əlavə edib.
Siyasətçilər xatırladıblar ki, orta hesabla benzin dörd dollaradək bahalaşıb.
"Əla işdir, Bayden, rekord baha qiymətlərə çatmaqda köməyə görə sağ ol", - Kaliforniya Respublikaçılar Partiyasının sədri Cessika Millan istehza edib.
Bundan əlavə, əgər prezidentə inansaq, Birləşmiş Ştatlarda resessiya az ehtimal olunur.
Baydenin sözlərini onun iqtisadi müşaviri Sesiliya Rouz təkrarlayır. O əmindir ki, qiymətlərin artımına qarşı tədbirlər effektiv olub. ABŞ ümumiyyətlə digər ölkələrdən az zərər görüb.
Lakin analitiklərin narahatlığı Federal Ehtiyatlar Sisteminin (FED) sürətlənən inflyasiya ilə fəal mübarizəsi fonunda artıb. Nizamlayıcı monetar siyasəti kəskin şəkildə dəyişib. Sentyabrın 21-də baza dərəcəsini dalbadal üçüncü dəfə qaldırdılar – 3-3,25 faizədək. Bu 2008-ci ildən sonra maksimumdur.
© JOE RAEDLE / Getty Images via AFPdollar, arxiv şəkli
Кассир сортирует доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.10.2022
dollar, arxiv şəkli
FED-in kəskin qərarı ölkədə iqtisadi çöküşə səbəb ola bilər. Nizamlayıcı pandemiyanın başlaması ilə nəzarətsiz şəkildə dollar çap etməyə başlayıb. Sonra yumşaq pul-kredit siyasəti şok dərəcə qaldırılması ilə əvəz olundu.
"Bütün bunlar Ştatlarda sənaye istehsalının və pərakəndə satışın həcminin düşməsinə gətirə bilər. ÜDM artıq 2023-cü ilin birinci yarısında sıfır artım tempi göztərə bilər", - deyə “Finmir” marketpleysinin beynəlxalq maliyyə bazarları üzrə mütəxəssisi Georgu Svirin bildirir.
Analitiklərin sözlərinə görə, ABŞ iqtisadiyyatında problemlər illərlə toplanıb. Bir çox əcnəbi ekspertlər hesab edirlər ki, ölkə 2008-ci il böhranından hələ də çıxmayıb.
"Əslində indi müşahidə etdiyimiz ABŞ rəsmilərinin ölkənin pulla doldurmaq tədbirlərinin nəticəsidir. Plyus son 40 il üçün rekord inflyasiya, əhalinin real gəlirləinin azalması, ipoteka dərəcələrinin artması. Nəzərə alaq ki, mənzil kreditləri istənilən iqtisadiyyatın mühərrikidir", - Praktiki sərmayə məktəbinin qurucusu Fyodor Sidorov bildirir.
Hamı zərər görəcək
Ekspert FED-in faiz dərəcələrini artərmağa davam edəcəyini proqnozlaşdırır.
"Bu əhali və biznes üçün əlçatan kreditlərin qarşısını kəsir. Nəticədə istehlakçı tələbatı azalır və resessiya güclənir ", o izah edir.
Dünyada enerji resurslarının, metalın, aqrar xammalın yüksək qiymətləri də yağa od tökür. Sadəcə monetar siyasətin sərtləşdirilməsi ilə bu problemləri həll etmək olmaz. Bundan əlavə, ABŞ-da çoxdandır sosial sahəyə xərclərin azaldılmasından danışırlar. Plyus nəqliyyat və kommunal infrastruktur sahəsində geriləmə müşahidə olunur.
"Vaxtilə ABŞ sənayesinin və avtomobilqayırmasının mərkəzi olmuş Detroytun nəyə çevrildiyinə baxmaq kifayətdir. İndi şəhər postapokalipsis barədə filmləri xatırladır. Biznes çoxdandır bu bölgədən çəkilib”, - Sidorov nümunə gətirir.
ABŞ-da yaxınlaşan resessiya barədə çoxdan danışılır. Hələ keçən il bu barədə maliyyə naziri Canet Yellen xəbərdarlıq edib. Düzdür, onda söhbət yalnız inflyasiyanın sürətlənməsindən gedirdi.
The Atlantic-in yazdığına görə, nizamlayıcının sərt qərarları yalnız amerikalılara təsir etməyəcək.
"Qlobal iqtisadiyyat xaos vəziyyətinə yaxınlaşıb və bu nizamsızlıq güclənir. Son aylarda FED qiymətləri tənzimləmək üçün uçot dərəcələrini qaldırır. Sistem dövlət daxilində inflyasiyasını nəzarətdə saxlamaq iqtidarında deyil, lakin o bizdə və bütün dünyada başqa cür çətinliklər yaradır", - nəşrin müəllifləri xəbərdarlıq edirlər.
FED-in sərt monetar siyasəti sərmayəçiləri dollarla istiqrazlar almağa məcbur edir. Bu isə öz növbəsində digər valyutalara neqativ təsir edir: pulları ucuzlaşan ölkələr resessiyaya düşürlər və dövlət borcunu ödəyə bilmirlər. Nəticə olaraq, onların mərkəzi bankları da faiz dərəcələrini yüksəldirlər. Bu isə nəticədə tənəzzülə gətirir.
"ABŞ dünya ÜDM-nin təxminən 40%-ni istehlak etdiyi üçün Birləşmiş Ştatların iqtisadiyyatındakı böhran qlobal resessiyaya gətirəcək. Və bu artıq başlayır", - Sidorov qeyd edir.
Bu arada ABŞ-ın dövlət borcü sürətlə artır. Borc artıq record 31 trilyon dollar rəqəmini keçib. Bu, əsasən daxili öhdəliklərdir.
Analitiklərin sözlərinə görə, nə qədər ki, ABŞ iqtisadiyyatı dünyanın ən iri iqtisadiyyatıdır, dollar isə ehtiyat valyutadır, heç nədən qorxmaq lazım deyil. Lakin iş ondadır ki, borcun servisi xərcləri artır. 2029-cu il üçün bu rəqəm 8,1 trilyon dollar olacaq. Hələlik çıxış yolu tapılıb: Co Bayden artıq büdcə xərclərinin azaldılmasını planlaşdırıb.
"Hətta 2014-cü ildə Avropanın periferiya ölkələrində olduğu kimi borc böhranı olsa, investorlar fəal şəkildə ABŞ dövlət istiqrazlarını almağa başlayacaqlar. Bununla da həm onlara, həm də ABŞ valyutasına olan tələbatı saxlayacaqlar. Dollar yaxın aylarda möhkəmlənməyə davam edəcək", - Georgi Svirin belə hesab edir.
Praktika göstərir ki, dünya sərmayəçiləri böhrana bir dollar qoyurlar. Ondan isə çoxları asanlıqla tezliklə imtina edə bilmir. Həddindən çoxları ABŞ iqtisadiyyatı ilə bağlıdırlar. Beynəlxalq hesablaşmaların 41%-i ABŞ valyutasının, 35,5%-i avronun üzərindədir. Funt sterlinq üçüncü yerdədir - 6,45%.
İrina Krasikova
Xəbər lenti
0