CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlər pedaqoq çatışmazlığı olan məktəblərdə işləmək istəmirlər

Müəllim - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Aqiyə Naxçıvanlı rayonlarda müəllim çatışmazlığının əsas səbəblərindən birini açıqlayıb.
BAKI, 19 oktyabr — Sputnik. "Bəzi regionlarda olan orta məktəblərdə uzun illərdir müəllim çatışmazlığı var".
Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib. "Müəllim kadrları hazırlayırıq. Deyirlər ki, müəllim ixtisasına qəbul çoxdur. Amma bu ixtisası bitirənlər ya gedib o çatışmazlıq olan məktəblərdə işləmək istəmir, ya da bitirdikləri ixtisas üzrə işləmirlər. Yəni biz müəllim ixtisasına qəbul edirik və müəllim yetişdiririk. Amma onları müəllim işləməyə məcbur edə bilmərik".
Deputat Aqiyə Naxçıvanlı da qeyd edib ki, rayonların bir çoxunda müəllim yeri boşdur, bu problemi həll etmək lazımdır: "Oğuzda yaşayan İmişliyə düşür: "Ola bilməz ki, bunu sistemləşdirək, elə Oğuzda yaşayan öz yurdunda, yuvasında işləsin".
Bəxtiyar Əliyev qeyd edib ki, müəllimlərin yerdəyişməsində bu problemlər çox yaşanır: "Müəllimlər vakansiya seçəndə Ağdamda yaşayırsa, Oğuzda olan vakansiyanı seçir. Seçim başa çatır, amma Ağdamdakı müəllim Oğuza getmir. Əsas problem budur. O zaman nazirlik də, təhsil müəssisəsi də fakt qarşısında qalır. Nazirlik də bu problemi görür. Sadəcə, biz vakansiya olan yerə ərizə verməklə bağlı ərizə verənə məhdudiyyət qoya bilmərik, mexanizmlər müəyyənləşdirilməlidir. Bu, eyni zamanda dövlət qulluğuna da aiddir".
Əlində portfel olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2022
CƏMİYYƏT
Deputat rektorları tənqid etdi
Xəbər lenti
0