CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda müəllim və şagird dərs zamanı vəfat etdi

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Oğuzda və Sumqayıtda dərs zamanı bədbəxt hadisə qeydə alınıb.
BAKI, 18 oktyabr — Sputnik. Sumqayıtda müəllim dərs zamanı vəfat edib. Hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.
Oğuzda isə məktəbli dərs zamanı vəfat edib
Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb. Hadisə bu gün günorta saatlarında rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.
Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəflətən halı pisləşib. 16 yaşlı Z.Əzizova elə məktəbdə keçinib.
Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(APA)
Xəbər lenti
0