Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan Ordusunun Ermənistana atəş açması ilə bağlı məlumat yalandır - MN

© AFP 2023 / BULENT KILICAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Ermənistan tərəfi atəşkəsin pozulması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayır.
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - nazirliyin xəbərində deyilir.
Xatırladaq ki, oktyabrın 17-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub
Xəbər lenti
0