DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yayda Ukraynadan ən çox taxıl almış ölkələrin ilk 10-luğu

© AP PhotoTaxıl
Taxıl - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Ötən ilin yayının ilk iki ayında iqtisadiyyatı inkişaf etmiş ölkələr Ukraynanın taxıl tədarükünün yalnız 28%-ni təşkil edibsə, 2022-ci ilin eyni dövründə onların payı 81%-ə yüksəlib.
BAKI, 17 oktyabr — Sputnik. Cari ilin iyun-iyul aylarında Ukrayna taxılının əsas alıcıları Qərb ölkələri olub. Bu barədə “RİA Novosti” BMT-nin “Comtrade” platformasının məlumatlarına əsaslanan hesablamalara istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə Rumıniya alışlarını 1500 dəfə artıran əsas idxalçı ölkə olub.
2021-ci ilin yayının ilk iki ayında iqtisadiyyatı Ukraynanın taxıl tədarükünün yalnız 28%-i inkişaf etmiş ölkələrin payına düşübsə, 2022-ci ilin eyni dövründə onların payı 81%-ə yüksəlib.
Təhlil göstərib ki, bu yay Rumıniya Ukrayna taxılının alıcıları arasında Çini birinci yerdən silib. Əgər ötən il Çin ilk iki yay ayında 288 milyon dollar dəyərində taxıl alıbsa, bu il bu, cəmi 95 min dollar dəyərində taxıl alıb. Eyni zamanda, Rumıniya alışlarını bir il əvvəlki 213,4 min dollardan 314 milyon dollara yüksəldib.
Tədarük üzrə ikinci yeri Polşa tutub. Bu ölkə tədarükünü iki yay ayının nəticələrinə görə, 29 dəfə artıraraq 122,6 milyon dollara çatdırıb.
Üçüncü yerdə Türkiyə qərarlaşıb - o, idxalını 33% artıraraq 90 milyon dollara çatdırıb.
Dördüncü yeri isə bir il əvvəl 137 min dollara qarşı 69 milyon dollar dəyərində taxıl alan Macarıstan tutub.
Misir 25,6 milyon dollarla beşinci yerdədir ki, bu da ötən ilin göstəricilərindən demək olar ki, beş dəfə azdır.
Bu yay Ukrayna taxılının alınması üzrə ilk 10 lider ölkə sırasına Slovakiya, Livan, Hollandiya, Almaniya və İspaniya da daxil olub. Belə ki, iyun-iyul aylarında bütün taxıl tədarükünün 75%-i yeddi Qərb ölkəsinin, 18%-i isə iqtisadiyyatı inkişaf etməkdə olan üç ölkənin payına düşüb.
Ötən il Ukrayna taxılının ən böyük on alıcı ölkəsi Çin, Hollandiya, Misir, İndoneziya, İran, Türkiyə, Liviya, İsrail, Belçika və İspaniya olub.
Xəbər lenti
0