CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bəzi sahələrdə artım var

© pixabay / 777546Maliyyə hesabatları, arxiv şəkli
Maliyyə hesabatları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
cari ilin 9 ayı ərzində ölkədə əmtəəlik neft hasilatının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azaldığı, əmtəəlik qaz hasilatının isə artdığı bildirilir.
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanın ÜDM-i artıb. 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 98 077,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.
ÜDM istehsalının 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9 748,9 manata bərabər olub.
Azərbaycan əmtəəlik qazın hasilatını 10%-dək artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 48,6 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 1,6% azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 24 424,5 min ton, əmtəəlik təbii qaz hasilatı isə 25 681,2 mln. kub metr təşkil edib.
"Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 9,8% artıb", - deyə DSK-nın məlumatında qeyd olunur.
Ümumiyyətlə hesabat dövründə 24 493,4 min ton neft və 34 402,6 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 5,3% azalma və 8,5% artım deməkdir.
Azərbaycanın tibbi maska ehtiyatı açıqlanıb
2022-ci ilin yanvar-sentyabr aylarında 17,5 milyon ədəd maska istehsal edilib.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub ki, oktyabrın 1-i vəziyyətinə görə, hazır məhsul ehtiyatı 5,8 milyondur.
Azərbaycanda əhalinin gəlirləri artıb
2022-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50 milyard 591,5 milyon manata çatıb. DSK-nın xəbərinə görə, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 5064,6 manatlıq gəlir düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.
Xəbər lenti
0