https://sputnik.az/20221016/rusiyadan-gelib-bakida-menzil-alanlarin-sayi-olmasa-da-qiymet-artimi-ucun-behane-olub--447485378.html
Rusiyadan gəlib Bakıda mənzil alanların sayı qiymət artımı üçün bəhanə olub
Rusiyadan gəlib Bakıda mənzil alanların sayı qiymət artımı üçün bəhanə olub
Sputnik Azərbaycan
Ekspertin sözlərinə görə, Rusiyada qismən səfərbərliyin elan olunması Azərbaycanda mənzillərin qiymətlərə çox təsir edib. İnsanlar düşünüblər ki, Rusiyadan... 16.10.2022, Sputnik Azərbaycan
2022-10-16T08:45+0400
2022-10-16T08:45+0400
2022-10-16T10:28+0400
mənzil
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40966/17/409661733_0:100:1921:1180_1920x0_80_0_0_5ff1111e02ec95be64df72f783bb42f0.jpg
BAKI, 16 oktyabr — Sputnik. Aylıq olaraq əmlak bazarında daim qiymət artımı müşahidə edilir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə eskpert Elnur Fərzəliyev deyib.Onun sözlərinə gröə, xüsusilə son zamanlarda, pandemiya və bundan sonrakı dövrdə, Rusiya-Ukrayna arasındakı gərginlik də bazarda qiymət artımını sürətləndirib. Lakin maraqlıdır ki, bütün bu hadisələrin fonunda, Bakıda köhnə, "Xruşovka" tipli, istismar müddəti başa çatmış binalarda qiymət artımı müşahidə edilir. Ekspert bildirib ki, xüsusən avqust ayında bu cür evlərə tələbat artıb: "Bu mənzillərin alınmasında ilkin maraq yüksək qiymətə kirayə vermək istəyidir. Çünki kirayələrə böyük maraq var. Bundan başqa sökülməkdə olan binalardan mənzillərə marağın olmasının digər səbəbi, onlara yeni binada veriləcək mənzilin bazar dəyərinin köhnə mənzildən iki dəfə çox olmasıdır".Fərzəliyevin fikrincə, Rusiyada qismən səfərbərliyin elan olunması da qiymətlərə çox təsir edib: "İnsanlar düşündü ki, belə olan halda Rusiyadan Azərbaycana böyük axın olacaq və mənzillərin qiyməti qalxacaq. Əlində bir qədər pulu olanlar mənzillər aldılar. Lakin Rusiyadan gəlib burada mənzil alanların sayı çox azdır. Çünki orada yaşayan azərbaycanlıların Bakıda kifayət qədər evi var. Hətta iki ölkə arasında gərginlik başlayanda orda yaşayan azərbaycanlıların bir qismi əmlaklarını satdılar. Çünki tətbiq olunan sanksiyalar oradakı həmyerlilərimizin biznesinə təsir etdi".E. Fərzəliyevin sözlərinə görə, ipoteka predmetinə çevrilən mənzillərə maraq artıb. Yeni binalarda qiymətlərin enməsi gözlənilməsə də, gələn ilin birinci yarısınadək köhnə binalarda qiymətlər enəcək: "Çünki bu binalar ipoteka predmetinə çevrilə bilmir, girov hesab edilmir, ölü əmlaka çevrilir".Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov bildirir ki, pandemiyadan sonra dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı heç bir halda öncədən proqnoz vermək mümkün deyil. Ekspertlər hesab edirlər ki, pandemiyadan sonra qiymətlər kəskin çökəcək, daşınmaz əmlaka maraq azalacaq. Lakin bütün istehsal materiallarının qiymətinin qalxması bunun əksini deyir"Avropada daşlnmaz əmlakların qiyməti 30-40 faiz qalxıb. Bu səbəbdən Azərbaycanda da qiymət artımı labüddür. İnşaat materiallarının bəzilərində süni artım da var. Məsələn, armaturlar əsassız olaraq 70 faiz bahalaşıb", - deyə o, əlavə edib.Onun sözlərinə görə inşaat normativləri ilə əlaqədar olaraq da qiymətlər qalxır: "Tələblər sərtdir, tikinti şirkətləri də bina tikmək üçün torpaq tapa bilmirlər".Azadovun dediyinə görə, artıq bəzi yerlərdə beşmərtəbəli binaları sökməyə başlayıblar. İqtisadi baxımdan bu binaların sökülməsi heç də sərfəli deyil. Bu səbəbdən sonrakı vəziyyət necə olacaq, bunu demək çətindir. Lakin görünən odur ki, daşlnmaz əmlakın qiyməti qalxsa da, ipotekaya maraq artır."Ümumiyyətlə, müxtəlif qiymət artımları olsa da, vətəndaşların gəliri artmır", - deyə ekspert əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40966/17/409661733_106:0:1813:1280_1920x0_80_0_0_b3177b144dd0fe5bbeb3e11b0a89a2f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil
Rusiyadan gəlib Bakıda mənzil alanların sayı qiymət artımı üçün bəhanə olub
08:45 16.10.2022 (Yenilənib: 10:28 16.10.2022) Ekspertin sözlərinə görə, Rusiyada qismən səfərbərliyin elan olunması Azərbaycanda mənzillərin qiymətlərə çox təsir edib. İnsanlar düşünüblər ki, Rusiyadan Azərbaycana böyük axın olacaq və mənzillərin qiyməti qalxacaq.
BAKI, 16 oktyabr — Sputnik. Aylıq olaraq əmlak bazarında daim qiymət artımı müşahidə edilir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə eskpert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə gröə, xüsusilə son zamanlarda, pandemiya və bundan sonrakı dövrdə, Rusiya-Ukrayna arasındakı gərginlik də bazarda qiymət artımını sürətləndirib. Lakin maraqlıdır ki, bütün bu hadisələrin fonunda, Bakıda köhnə, "Xruşovka" tipli, istismar müddəti başa çatmış binalarda qiymət artımı müşahidə edilir.
Ekspert bildirib ki, xüsusən avqust ayında bu cür evlərə tələbat artıb: "Bu mənzillərin alınmasında ilkin maraq yüksək qiymətə kirayə vermək istəyidir. Çünki kirayələrə böyük maraq var. Bundan başqa sökülməkdə olan binalardan mənzillərə marağın olmasının digər səbəbi, onlara yeni binada veriləcək mənzilin bazar dəyərinin köhnə mənzildən iki dəfə çox olmasıdır".
Fərzəliyevin fikrincə, Rusiyada qismən səfərbərliyin elan olunması da qiymətlərə çox təsir edib:
"İnsanlar düşündü ki, belə olan halda Rusiyadan Azərbaycana böyük axın olacaq və mənzillərin qiyməti qalxacaq. Əlində bir qədər pulu olanlar mənzillər aldılar. Lakin Rusiyadan gəlib burada mənzil alanların sayı çox azdır. Çünki orada yaşayan azərbaycanlıların Bakıda kifayət qədər evi var. Hətta iki ölkə arasında gərginlik başlayanda orda yaşayan azərbaycanlıların bir qismi əmlaklarını satdılar. Çünki tətbiq olunan sanksiyalar oradakı həmyerlilərimizin biznesinə təsir etdi".
E. Fərzəliyevin sözlərinə görə, ipoteka predmetinə çevrilən mənzillərə maraq artıb. Yeni binalarda qiymətlərin enməsi gözlənilməsə də, gələn ilin birinci yarısınadək köhnə binalarda qiymətlər enəcək: "Çünki bu binalar ipoteka predmetinə çevrilə bilmir, girov hesab edilmir, ölü əmlaka çevrilir".
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov bildirir ki, pandemiyadan sonra dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı heç bir halda öncədən proqnoz vermək mümkün deyil. Ekspertlər hesab edirlər ki, pandemiyadan sonra qiymətlər kəskin çökəcək, daşınmaz əmlaka maraq azalacaq. Lakin bütün istehsal materiallarının qiymətinin qalxması bunun əksini deyir
"Avropada daşlnmaz əmlakların qiyməti 30-40 faiz qalxıb. Bu səbəbdən Azərbaycanda da qiymət artımı labüddür. İnşaat materiallarının bəzilərində süni artım da var. Məsələn, armaturlar əsassız olaraq 70 faiz bahalaşıb", - deyə o, əlavə edib.
Onun sözlərinə görə inşaat normativləri ilə əlaqədar olaraq da qiymətlər qalxır: "Tələblər sərtdir, tikinti şirkətləri də bina tikmək üçün torpaq tapa bilmirlər".
Azadovun dediyinə görə, artıq bəzi yerlərdə beşmərtəbəli binaları sökməyə başlayıblar. İqtisadi baxımdan bu binaların sökülməsi heç də sərfəli deyil. Bu səbəbdən sonrakı vəziyyət necə olacaq, bunu demək çətindir. Lakin görünən odur ki, daşlnmaz əmlakın qiyməti qalxsa da, ipotekaya maraq artır.
"Ümumiyyətlə, müxtəlif qiymət artımları olsa da, vətəndaşların gəliri artmır", - deyə ekspert əlavə edib.