Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz inşa edilən erməni kilsələri

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAğdamda erməni Vankasar kilsəsi
Ağdamda erməni Vankasar kilsəsi - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
Faiq İsmayılov bildirib ki, ermənilər Qarabağda etnik təmizləmə nəticəsində boş qalan kənd və şəhərlərin ərazilərindəki islam dini abidələrinin xarabalıqları üzərində erməni kilsələri inşa ediblər. Bu misli görünməmiş vəhşilik Qarabağın bütün görkəmini dəyişdirib.
BAKI, 16 oktyabr — Sputnik. Ermənistan hökuməti işğal etdiyi Azərbaycan ərazilərini erməniləşdirməklə, bu ərazilərdə özlərinin həyata keçirdikləri işğalçılıq hərəkətlərinə beynəlxalq səviyyədə bəraət qazandırmağa və bu torpaqları Ermənistana birləşdirməyə çox ciddi şəkildə çalışır.
Onların düşüncəsinə görə, işğal altında saxladıqları bu ərazilər həm dini, həm mədəni və həm də tarixi baxımdan dünyada erməni millətinə məxsusluğu təsdiq olunmasa, onlar bu ərazilərdə rahat yaşaya bilməyəcəklər. Məhz bu səbəbdən də erməni ideoloqları süni dəlillər düşünüb tapır və bu dəlillər üzərində baş sındıraraq, onun ermənilərə məxsusluğuna dünya ictimaiyyətini inandırmağa çalışırlar.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirir ki, işğal olunmuş Azərbaycan ərazilərində toponimlərin və yer adlarının, eləcədə, tarixi memarlıq abidələrinin forma və məzmunun dəyişdirilməsi azərbaycanlıların izlərinin itirilməsi üçündür.
Onun sözlərinə görə, bir çox bədii daş nümunələrinin, türbələrin, qəbristanlıqların, qəbirüstü abidələrin və at-qoç fiqurlarının məhv edilməsi, bu ərazilərdə qeyri-qanuni aparılan arxeoloji qazıntılar zamanı əldə edilən dəlillərin ermənilərə məxsusluğunun təbliği bu qəbildən olan tədbirlərdir:
"Bu tipli tədbirlər sırasıına, işğal edilmiş Azərbaycan ərazilərinin xaraba qalan inzibati yaşayış məntəqələrində kilsələrin, erməni xatirə ansambıllarının və xaç daşlarının tikintilərini də daxil edərək, bu iyrənc fəaliyyətlərini daha da "zənginləşdirirlər".
Tarixçi əlavə edir ki, erməni kilsə xadimləri, ermənilər arasında böyük nüfuza malikdirlər. Uzun illər erməni dövlətçiliyinin olmaması, ermənilərin kilsə ətrafında sıx birləşmələrinə səbəb olub. Məhz bunun nəticəsində də erməni kilsəsi tək dini ayinlərin icrası ilə qənaətlənməyib. Onlar həm də siyasi-ideoloji məsələlərlə məşğul olublar:
"Onlar sadə ermənilər arasında daim siyasi təbliğat aparır, digər xalqlara qarşı təxribat planları hazırlayırlar. Əhalidən kilsəyə yaxın olan siyasi və hərbi güclərə dəstək vermələrini tələb edir və bu məqsədlə ianə toplayırlar. Çünki, erməni kilsəsi dünyanın aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdirlər və fəaliyyətlərini onlarla razılaşdırırlar.
Məhz bu iş birliyi nəticəsində xüsusi ilə XIX və XX əsrlərdə müxtəlif ölkələrdə bir çox terror hadisələri təşkil ediblər. Belə terrorların biri nəticəsində də Azərbaycanın 20% torpaqlarını işğal edilmişdi".
Bu idarəçilik sistemi erməni qriqori kilsələri tərəfindən həyata keçirilir. Erməni kilsə sistemində vahid kilsə rəhbərliyi olmadığından bu kilsələr arasında həmişə daxili rəqabət və gərginlik hökm sürür. Faiq müəllim vurğular ki, indi bir çox erməni din xadimləri erməni kilsəsini, Erməni apostol kilsəsi adlandırırlar bu kökündən yanlışdır.
Erməni kilsəsi Rus mənbələrində doğru olaraq "Erməni qriqoryan kilsəsi" kimi adlandırılır: "Hamıya məlumdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Çünki, albanlar 313-cü ildə xristianlığı qəbul edəndən 270 il sonra bu dini ermənilər qəbul edib. Bu akademik Ziya Bünyadovun araşdırmalarında da öz əksini tapır.
O, dəlillərlə sübut edir ki, ermənilər həqiqətən 583-cü ildə Qriqorinin başçılığı altında xristianlığı qəbul ediblər. Ermənilər apostol deyillər. Ermənilərin apostol olub-olmaması uzun məsələ mübahisə mövzusu olmuşdu. Bu mübahisəyə Alban katalikosu Avraam aydınlıq gətirmişdi. Bu məqam Alban katalikosu Avraamın albanlara ünvanlanan məktubunda öz əksini tapır.
O yazırdı: " ... Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlimdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol kilsəsi ola bilər". Bax, məsələdə elə bundadır. Göründüyü kimi ermənilər burada da saxtakarlıq nümayiş etdirirlər".
"Tarixi baxımdan nə Dağlıq Qarabağda, nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb" deyən müsahibimiz deyir ki, dünyanın heç bir arxivində bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyil: "Dağlıq Qarabağda ilk dəfə "erməni kilsəsi" ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var.
Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti öz mənzil qərargahını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı.
Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında "rus kilsəsi" adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçılarıda öz əsərlərində təsdiq edirlər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil, rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( Zapiski karabaxskoqo soldata. Moskva 1995) kitabında qeyd edir".
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1980-1990-ci illərdə DQMV-tinin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək, kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki bu hadisədən sonra bu kilsə "erməni kilsəsi" adlandırıldı.
Həmsöhbətimiz bildirir ki, Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda, nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmayıb. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 1, Xankəndi şəhərində 2, Əsgəran ərazisində 3, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1, Ağdərə şəhərində 1, Hadrud ərazisində 2 erməni kilsəsinin inşa etmələri bizə məlumdur:
"Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 20 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur".
İsmayılovun sözlərinə gröə, Xankəndi şəhərində 2007-ci ildə inşa edilən erməni kilsəsi, xalq arasında "günbəz" adlandırılan bir türbənin qalıqları üzərində inşa edilib. Məlum məsələdir ki, Sovet dövründə Xankəndi şəhərində inanclı ermənilər olmadığından, heç kilsə tikməyə də ehtiyac olmayıb. Ərazi ermənilər tərəfindən işğal edildikdən sonra Qarabağın baş şəhəri olan Xankəndidə üç erməni kilsəsinin tikilməsi narahatlıq yaratmaya bilməz.
Tarixçinin fikrincə, bu erməni kilsələri və digər erməni simvolları şəhərin gənc erməni sakinlərinin şüuruna Xankəndinin tarixi erməni şəhəri olduğunu yeridilir.
"Məqsəd gənc erməninin dünyagörüşündə "Böyük Ermənistan" ideyasını formalaşdırmaqdır, - deyə tarixçi fikrini yekunlaşdırıb.
Xəbər lenti
0