https://sputnik.az/20221014/maskin-sirketi-artiq-ukraynada-starlink-peyk-rabitesi-ucun-pul-odeye-bilmir-447461265.html
Maskın şirkəti artıq Ukraynada "Starlink" peyk rabitəsi üçün pul ödəyə bilmir
Maskın şirkəti artıq Ukraynada "Starlink" peyk rabitəsi üçün pul ödəyə bilmir
Sputnik Azərbaycan
"Starlink", bütün dünyada genişzolaqlı internetə çıxış təmin etmək üçün nəzərdə tutulmuş yeni nəsil peyk şəbəkəsidir. 14.10.2022, Sputnik Azərbaycan
2022-10-14T15:03+0400
2022-10-14T15:03+0400
2022-10-14T15:05+0400
ilon mask
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:3071:1728_1920x0_80_0_0_f7d747d63ff7d1f06b0546464e8cac5f.jpg
BAKI, 14 oktyabr — Sputnik. Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti artıq Ukraynada "Starlink" peyk rabitə sisteminin saxlanması xərclərini ödəyə bilmir və Pentaqonun bu xərcləri qarşılamasını tələb edir. Bu barədə "CNN" telekanalı onun sərəncamına daxil olan sənədlərə istinadən xəbər verir.Telekanalın qeyd etdiyi kimi, bu günə qədər Ukraynaya, təxminən, 20 min "Starlink" peyki təqdim edilib. "RİA Novosti" onu da xəbər verir ki, cümə günü Mask özünün "Twitter" hesabında bununla bağlı əməliyyatlar üçün "SpaceX" tərəfindən 80 milyon dollar xərcləndiyini, cari ilin sonuna isə bu xərclərin 100 milyon dolları ötəcəyini yazıb."Amma bu xeyriyyə ianələri dayandırıla bilər, çünki "SpaceX" Pentaqonu xəbərdar edib ki, əgər Amerika hərbçiləri bu məqsədlərə hər ay on milyonlarla dollar ayırmasalar, Ukraynada şəbəkədən istifadənin maliyyələşdirilməsini dayandıra bilər", — deyə telekanal bildirir.Onun sərəncamına daxil olan sənədlər sentyabr ayında İlon Maskın Pentaqona məktub göndərdiyini və orada "SpaceX"in "əvvəlki kimi "Starlink"in maliyyələşdirilməsinə davam edə bilməyəcəyini" bəyan etdiyini göstərirlər. Məktubda, həmçinin, Müdafiə Nazirliyindən Ukrayna hökumətinin və Ordusunun maraqları naminə "Starlink" xidmətlərinin maliyyələşdirilməsini öz üzərinə götürmək xahiş edilir.Məktubda qeyd edildiyi kimi, ilin sonuna qədər bu, Pentaqona 120 milyon dollardan çox, növbəti 12 ayda isə daha 400 milyon dollara başa gələcək. Bu yazının yazıldığı vaxt ABŞ Müdafiə Nazirliyi "RİA Novosti"nin bu nəşrə şərh vermək üçün yazılı sorğusuna hələ cavab verməyib."Starlink", bütün dünyada genişzolaqlı internetə çıxış təmin etmək üçün nəzərdə tutulmuş yeni nəsil peyk şəbəkəsidir. Maskın "SpaceX" şirkəti 2300-dən çox "Starlink" peykini orbitə buraxıb. Şəbəkənin saytında dərc olunan əhatə xəritəsindən göründüyü kimi, "Starlink" bağlantısı Rusiya, Çin, Belarus, İran, Əfqanıstan və Şimali Koreya sakinləri üçün əlçatan olmayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:2729:2047_1920x0_80_0_0_e58552a6aaf82b53df0ba5ec947d6a5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ilon mask
Maskın şirkəti artıq Ukraynada "Starlink" peyk rabitəsi üçün pul ödəyə bilmir
15:03 14.10.2022 (Yenilənib: 15:05 14.10.2022) "Starlink", bütün dünyada genişzolaqlı internetə çıxış təmin etmək üçün nəzərdə tutulmuş yeni nəsil peyk şəbəkəsidir.
BAKI, 14 oktyabr — Sputnik. Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti artıq Ukraynada "Starlink" peyk rabitə sisteminin saxlanması xərclərini ödəyə bilmir və Pentaqonun bu xərcləri qarşılamasını tələb edir. Bu barədə "CNN" telekanalı onun sərəncamına daxil olan sənədlərə istinadən xəbər verir.
Telekanalın qeyd etdiyi kimi, bu günə qədər Ukraynaya, təxminən, 20 min "Starlink" peyki təqdim edilib. "RİA Novosti" onu da xəbər verir ki, cümə günü Mask özünün "Twitter" hesabında bununla bağlı əməliyyatlar üçün "SpaceX" tərəfindən 80 milyon dollar xərcləndiyini, cari ilin sonuna isə bu xərclərin 100 milyon dolları ötəcəyini yazıb.
"Amma bu xeyriyyə ianələri dayandırıla bilər, çünki "SpaceX" Pentaqonu xəbərdar edib ki, əgər Amerika hərbçiləri bu məqsədlərə hər ay on milyonlarla dollar ayırmasalar, Ukraynada şəbəkədən istifadənin maliyyələşdirilməsini dayandıra bilər", — deyə telekanal bildirir.
Onun sərəncamına daxil olan sənədlər sentyabr ayında İlon Maskın Pentaqona məktub göndərdiyini və orada "SpaceX"in "əvvəlki kimi "Starlink"in maliyyələşdirilməsinə davam edə bilməyəcəyini" bəyan etdiyini göstərirlər. Məktubda, həmçinin, Müdafiə Nazirliyindən Ukrayna hökumətinin və Ordusunun maraqları naminə "Starlink" xidmətlərinin maliyyələşdirilməsini öz üzərinə götürmək xahiş edilir.
Məktubda qeyd edildiyi kimi, ilin sonuna qədər bu, Pentaqona 120 milyon dollardan çox, növbəti 12 ayda isə daha 400 milyon dollara başa gələcək. Bu yazının yazıldığı vaxt ABŞ Müdafiə Nazirliyi "RİA Novosti"nin bu nəşrə şərh vermək üçün yazılı sorğusuna hələ cavab verməyib.
"Starlink", bütün dünyada genişzolaqlı internetə çıxış təmin etmək üçün nəzərdə tutulmuş yeni nəsil peyk şəbəkəsidir. Maskın "SpaceX" şirkəti 2300-dən çox "Starlink" peykini orbitə buraxıb. Şəbəkənin saytında dərc olunan əhatə xəritəsindən göründüyü kimi, "Starlink" bağlantısı Rusiya, Çin, Belarus, İran, Əfqanıstan və Şimali Koreya sakinləri üçün əlçatan olmayacaq.