CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat xəstələrə yardım üçün elektron ödənişin yaradılmasını təklif edib

© Photo : Facebook / razi.nurullayevRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Millət vəkili inanır ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik
BAKI, 14 oktyabr - Sputnik. “Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkilləri, videoları izləyirik. Həyatda qalmaq üçün yardım istəyirlər. Onu da bilirik ki, bu məsələ lotereya kimidir, çoxunda alınmır. Toplanan pullar bəzən fırıldaqçıların da əlinə keçir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, yüzlərlə vətəndaş müraciət edir ki, onları televiziyalarda gedən verilişlərə çıxaraq: “Təklif edirəm ki, ASAN xidmətin, digər dövlət qurumunun, yaxud ictimai təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın. Belə təcrübəmiz də var. Məsələn, “Yaşat” Fondu. Biz 40 milyona yaxın millətik. Xalqımız da yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. İnsanlar bilmək istəyir ki, verdikləri vəsait doğurdan da konkret xəstəyə xərclənirmi? İnsanlar bilmək istəyir ki, sistem şəffafdırmı? insanlar istəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin. Buna görə də vahid ödəniş sistemi olan və vahid mərkəzdən idarə edilən internet ödəniş sisteminin və tətbiqinin yaradılmasını təklif edirəm".
"Bu tətbiq elə hazırlansın ki, hər bir vətəndaş əlində və evində olan vasitələrlə asan şəkildə pul köçürə bilsin. Hər kəs bir manat köçürsə, on milyonlarla vəsait toplanar və yüzlərlə təkrarlanan müraciətləri həll edə bilərik. Biz bu tətbiqlə insanlarda bir manat köçürmək mədəniyyəti və o bir manatın insan həyatını xilas etməsi inamını yarada bilərik. Telefon konturundan, telefon nömrəsində olan pul vəsaitindən istifadə etməklə hər bir kəsin əlçatanlığını təmin etmək olar. İnanıram ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik. Həm də dövlətin üzərində olan yükü də azaltmış olarıq”- deyə o əlavə edib.
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan, 1920, 14.10.2022
İQTİSADİYYAT
Vahid Əhmədov: Azərbaycanda maliyyə amnistiyası tətbiq olunmalıdır
Xəbər lenti
0