Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

© Maddie Meyer/Getty Images/AFP boks
 boks - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Abunə olmaq
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq, yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.
BAKI, 14 oktyabr — Sputnik. Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.
Təmsilçilərimizdən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.
Avropa çempionatı, Budva
15 oktyabr
1/8 final
Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)
17 oktyabr
1/8 final
Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)
19 oktyabr
1/4 final
Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)
21 oktyabr
1/2 final
Aynur Rzayeva (+81 kq) – Zayra Qarsia (İspaniya)/Darya Kozores (Moldova)
Xəbər lenti
0