Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə təbii qaz nəqlində ən etibarlı marşrutdur - Putin

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Türkiyədə təbii qaz qovşağı yaradılarsa, bu ölkə həm də bu enerji resursunun qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər.
BAKI, 13 oktyabr — Sputnik. "Türkiyəyə təbii qaz tədarükü tam şəkildə həyata keçirilir, o, bu məsələdə ən etibarlı tərəfdaşdır". Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Onun sözlərinə görə, Rusiya qazı Türkiyəyə tam şəkildə ötürülür, bu ölkə enerji resurslarının Avropaya tranziti üçün ən etibarlı tərəfdaşa çevrilib:

“Bizim karbohidrogenlərin, o cümlədən qazın tədarükü sizin müraciətlərinizə tam uyğundur. Biz Türkiyə vasitəsilə Avropa ölkələrinə də tranzit həyata keçiririk. Türkiyə hətta Avropaya çatdırılma üçün bu gün ən etibarlı marşrut olduğunu sübut etdi”.

RF Prezidenti həmçinin vurğulayıb ki, "Akkuyu" AES-in tikintisi layihəsi üzrə işlər plana uyğun həyata keçirilir və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə qədər razılaşmaları yerinə yetirmək və daha bir enerji blokunu işə salmaq mümkün olacaq.
Putin bildirib ki, Türkiyədə təbii qaz qovşağı yaradılarsa, bu ölkə həm də bu enerji resursunun qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər.
Qeyd edək ki, oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin VI Zirvə toplantısı keçirilir.
AQFET-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan ozamanki Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) Zirvə Toplantısının iştirakçıları tərəfindən forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı qərar qəbul olunub.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 13-də Astanada keçirilən təşkilatın sammitində bildirib.
Qazaxıstanın 2020-ci ildən bu quruma sədrlik etdiyini xatırladan Tokayev bildirib ki, AQFET-in (CICA) statusunun beynəlxalq təşkilata transformasiyası ilə bağlı Astana bəyanatı qəbul olunmuş sayılır.
Xəbər lenti
0