İran Azərbaycanla sərhəddə təlimlər keçirəcək

© IRANIAN DEFENCE MINISTRY / AFP İran Azərbaycanla sərhəddə təlimlər
 İran Azərbaycanla sərhəddə təlimlər  - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Pakvər qeyd edib ki, təlim ordunun illik təqviminə uyğun olaraq və Ordu Korpusunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.
BAKI, 13 oktyabr — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları yaxın günlərdə ölkənin şimal sərhədlərində təlimlər keçirəcək. Bunu SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib.
O bildirib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək.
Pakvər qeyd edib ki, təlim ordunun illik təqviminə uyğun olaraq və Ordu Korpusunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər lenti
0