Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Danışıqlar həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğun olacaq - Makron

© AFP 2023 / LUDOVIC MARINFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın nə vaxtsa Rusiya ilə danışıqlara başlamalı olacağını bildirib və danışıqlar masasına qayıtmağın hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib.
BAKI, 13 oktyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlara davam edəcəyini bildirib.
"Aydındır ki, mən Rusiya lideri ilə danışmağa davam edəcəyəm. Lazım olanda onunla danışacağam", - Makron "France 2" telekanalına müsahibəsində deyib.
O, həmçinin bildirib ki, Putinlə son telefon danışığı bir neçə həftə əvvəl olub və iki saat davam edib. Həmin danışıqlarda söhbət MAQATE missiyasının Zaporojye AES-ə göndərilməsindən gedirdi.
Makron deyir ki, bu söhbət zamanı o, Putini ora ekspert missiyası göndərməyə razı sala bilib.
Fransa prezidenti Rusiya lideri Vladimir Putini Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağa çağırıb.
O, Fransanın daha bir dünya müharibəsi istəmədiyini də vurğulayıb.
Daha əvvəl isə Putin Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib və Kiyevi bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın nə vaxtsa Rusiya ilə danışıqlara başlamalı olacağını bildirib və danışıqlar masasına qayıtmağın hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib.
"Hansısa məqamda və bunun mümkün qədər tez olmasını istəyirəm, bütün tərəflərin danışıqlara qayıtması lazımdır. Düşünürəm ki, bu, həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğun olacaq", - Makron vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0