Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin "Şimal axını"nda baş verən təxribata görə ABŞ-ı günahlandırdı

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, mədəni şirkətlərdə deyildiyi kimi, "highly likely", bunun arxasında kimin durduğu məlumdur.
BAKI, 12 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Şimal axını" qaz kəmərində təxribatın baş verməsində ABŞ-ı günahlandırıb.
Putin bu barədə Rusiya Enerji Həftəsinin plenar iclasındakı çıxışında danışıb.
O, "Şimal axını"nda təxribatın təşkilatçıları haqqında danışarkən hadisənin arxasında kimlərin dayandığının aydın olduğunu söyləyib.
"Mədəni şirkətlərdə deyildiyi kimi, "highly likely", bunun arxasında kimin durduğu məlumdur", - o deyib.
Putinin sözlərinə görə, baş verənlərdən əsas xeyri ABŞ götürüb və hazırda enerji resurslarını yüksək qiymətlərlə satır.
Putin "Şimal axını"ndakı təxribatı beynəlxalq terror aktı adlandırıb.
Oktyabrın 6-da İsveç Dövlət Təhlükəsizliyi Xidməti (SEPO) İsveç kəşfiyyat xidmətlərinin "Şimal axını" və "Şimal axını-2" qaz kəmərləri ilə insidentlər sahəsində yoxlamanı başa çatdırdığını və obyektlərdə təxribat versiyasını təsdiqləyən məlumatlar olduğunu bildirib.
"Bu istintaq genişmiqyaslı təxribatın baş verdiyinə dair şübhələri gücləndirib", - press-relizdə deyilir.
Ekspertlər müəyyən ediblər ki, İsveçin xüsusi iqtisadi zonasında hər iki qaz kəmərində partlayışlar baş verib və nəticədə onlara ciddi ziyan dəyib.
Terror aktları sentyabrın 26-da birdən-birə Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını" və "Şimal axını 2"-də baş verib.
Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib.
"Qazprom" oktyabrın 3-də bildirib ki, zədələnmiş "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində təzyiq sabitləşib, qaz sızması dayanıb və onun bütövlüyünü yoxlamaq üçün digər "Şimal axını-2" qaz kəmərindən qaz çəkilir.
Öz növbəsində, İsveç Sahil Mühafizəsi həmin gün "Şimal axını-2"dən "daha kiçik" sızmanın davam etdiyini və hətta bir qədər də artdığını bildirib.
Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı işin araşdırılmasına başlayıb.
Danimarkanın xarici işlər naziri Jeppe Kofod hökumətin Rusiyanın təxribatın təhqiqatında iştirakından və məsuliyyət daşıyanların müəyyən edilməsindən imtina etməkdə qərarlı olduğunu açıqlayıb.
Xəbər lenti
0