https://sputnik.az/20221012/putin-qerb-olkelerine-sert-xeberdarliq-etdi-447360278.html
Putin Qərb ölkələrinə sərt xəbərdarlıq etdi
Putin Qərb ölkələrinə sərt xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, Rusiya maliyyə və texnoloji sahədə, avadanlıqların tədarükü və texniki xidmətində artıq imzalanmış müqavilələri yerinə... 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T16:15+0400
2022-10-12T16:15+0400
2022-10-12T16:15+0400
rusiya
rusiya prezidenti vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447358849_0:0:2267:1276_1920x0_80_0_0_2b8e48ce7b97bf227d833556cf877f46.jpg
BAKI, 12 oktyabr — Sputnik. Rusiya həmişə öz öhdəliklərini yerinə yetirir, bununla o, müxtəlif sahələrdə artıq imzalanmış müqavilələri yerinə yetirməkdən imtina edən Qərb ölkələrindən əsaslı şəkildə fərqlənir. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.Putin Rusiya Enerji Həftəsi forumunda deyib: "Rusiya həmişə öz öhdəliklərini yerinə yetirir. Bununla biz maliyyə və texnoloji sahədə, avadanlıqların tədarükü və texniki xidmətində artıq imzalanmış müqavilələri yerinə yetirməkdən həyasızcasına imtina edən Qərb dövlətlərindən əsaslı şəkildə fərqlənirik".Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, Rusiya başqalarının rifahını öz hesabından ödəməyəcək, neftin qiymətini məhdudlaşdıran ölkələrə, eləcə də "işgüzar tərəfdaşlıq və bazar mexanizmi" əvəzinə hiylələrə və həyasız şantajlara üstünlük verən ölkələri enerji resursları ilə təmin etməyəcək. Demək istəyirəm ki, biz öz ziyanımıza hərəkət etməyəcəyik", - Putin əlavə edib.Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Qismən səfərbərlikSentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447358849_167:0:2183:1512_1920x0_80_0_0_9266cae3e9fd362c5975b211c909fd73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, ukrayna
rusiya prezidenti vladimir putin, ukrayna
Putin Qərb ölkələrinə sərt xəbərdarlıq etdi
Rusiya prezidenti bildirib ki, Rusiya maliyyə və texnoloji sahədə, avadanlıqların tədarükü və texniki xidmətində artıq imzalanmış müqavilələri yerinə yetirməkdən həyasızcasına imtina edən Qərb dövlətlərindən əsaslı şəkildə fərqlənir.
BAKI, 12 oktyabr — Sputnik. Rusiya həmişə öz öhdəliklərini yerinə yetirir, bununla o, müxtəlif sahələrdə artıq imzalanmış müqavilələri yerinə yetirməkdən imtina edən Qərb ölkələrindən əsaslı şəkildə fərqlənir. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin Rusiya Enerji Həftəsi forumunda deyib: "Rusiya həmişə öz öhdəliklərini yerinə yetirir. Bununla biz maliyyə və texnoloji sahədə, avadanlıqların tədarükü və texniki xidmətində artıq imzalanmış müqavilələri yerinə yetirməkdən həyasızcasına imtina edən Qərb dövlətlərindən əsaslı şəkildə fərqlənirik".
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, Rusiya başqalarının rifahını öz hesabından ödəməyəcək, neftin qiymətini məhdudlaşdıran ölkələrə, eləcə də "işgüzar tərəfdaşlıq və bazar mexanizmi" əvəzinə hiylələrə və həyasız şantajlara üstünlük verən ölkələri enerji resursları ilə təmin etməyəcək. Demək istəyirəm ki, biz öz ziyanımıza hərəkət etməyəcəyik", - Putin əlavə edib.
Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.
Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".