Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Türkiyəli mütəxəssis Azərbaycanda dövlət klinikasına rəhbər təyin edildi

© AFP 2024 / HANNAH MCKAYHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
O, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosentidir.
BAKI, 11 oktyabr — Sputnik. Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a ATU-dan məlumat verilib.
Bildirilib ki, bununla bağlı səhiyyə naziri əmr imzalayıb.
Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.
Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.
Xəbər lenti
0