Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İranda baş verən zəlzələ Naxçıvanda hiss olundu

© AFP 2023 / NICOLAS ASFOURISeysmoqraf, arxiv şəkli
Seysmoqraf, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Zəlzələ yerli vaxtla saat 16:37-də baş verib. Zəlzələnin maqnitudası 4,5 bal gücündə olub, 9 kilometr dərinlikdə qeydə alınıb.
BAKI, 10 oktyabr — Sputnik. Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:37-də baş verib. Zəlzələnin maqnitudası 4,5 bal gücündə olub, 9 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-da 4-3 bala qədər hiss olunub.
Xatırladaq ki, oktyabrın 5-də də İran ərazisində 5,1 bal gücündə zəzələ baş vermişdi.
Bildirilmişdi ki, zəlzələ yerli vaxtla saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli həmin vaxt demişdi ki, İranda bu gecə baş verən zəlzələ təkcə bizim stansiyada qeydə alınmayıb, insanlar tərəfindən də hiss olunub, lakin bu zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir.
Qurban Yetirmişli əlavə etmişdi ki, İrandakı zəlzələ Zəngəzur və Naxçıvandakı zəlzələ ocaqlarında aktivlik olduğu təqdirdə seysmik prosesləri sürətləndirə bilərdi: "Ancaq hazırda bu ərazilərdə seysmik aktivlik müşahidə edilmir ki, İrandakı təkanlar da prosesi sürətləndirsin".
Xəbər lenti
0