DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus Ukraynaya nota verib

© Sputnik / Viktor TolochkoBelarus XİN-nin binası, arxiv şəkli
Belarus XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
Diplomatik notada Ukraynanın Belarusa zərbə endirəcəyindən narahatlıq ifadə olunub.
BAKI, 9 oktyabr - Sputnik. Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus XİN-ə çağırılıb.
Ukrayna səfirinə nota təqdim edilib. Diplomatik notada “Ukraynanın Belarusa zərbə endirəcəyindən” narahatlıq ifadə olunub.
Ukrayna XİN isə Belarusun narahatlığının əsasssız olduğunu bildirib.
Xatırladaq ki, Belarus və Rusiya kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq addımlar atırlar. Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bu günlərdə bildirib ki, "Birlik Dövlətinin silahlı mühafizəsi" üçün bütün səviyyələrdə hərbi komandanlıq və nəzarət orqanları sistemli şəkildə sərhədlərdəki mövcud vəziyyətin hərtərəfli təhlilini aparırlar. Onun dəyişikliklərinə adekvat reaksiya variantları da hazırlanır. Artıq qoşunlar və qüvvələr gücləndirilmiş iş rejimində döyüş növbətçiliyi tapşırıqlarını yerinə yetirirlər.
Belarus Müdafiə Naziri həmçinin bildirib ki, Qərbin gələcək xarici müdaxiləsi ilə ölkədə daxili münaqişənin qızışdırılması təhlükəsi istisna edilmir.
“Qərb qərar qəbuletmə mərkəzlərinin, ilk növbədə ABŞ və NATO-nun öz məqsədlərinə çatmaq üçün zorakı üsullardan istifadə etmə ehtimalı qalacaq. Qərbin Rusiyanı məğlub etmək və dünyanın siyasi xəritəsindən silmək məqsədi ilə, ona qarşı təzyiqlərinin artması ilə mütənasib olaraq Belarusda hərbi təhlükənin səviyyəsi artmağa meylli olacaq. Polşa, Litva, Latviya və Ukrayna ərazisindən Qərbin onun həlli üçün növbəti xarici müdaxilə ilə Belarusda daxili münaqişənin qızışdırılmasının real təhlükəsinin yaranmasını istisna etmək mümkün deyil”, - deyə Xrenin "Belta" agentliyinə bildirib.
Belaruslu nazir Qərbin “qaçaq müxalifətin əli ilə Belarusda vətəndaş müharibəsi törətmək” planının mahiyyətindən danışıb.
“Əsas fəaliyyət istiqamətləri: mühacirətdə olan hökumətin Qərb tərəfindən tanınmasına və tam dəstəyinə nail olmaq, Ukrayna ərazisindəki döyüşlərdə əsasını könüllü birləşmələr təşkil edən qüvvə komponentini hazırlamaq. Bundan əlavə, Belarus daxilində güc ehtiyatının formalaşmasına mühüm əhəmiyyət verilir”, deyə müdafiə naziri bildirib.
Xəbər lenti
0