https://sputnik.az/20221009/abs-in-suriyadaki-herbi-bazasi-atese-meruz-qalib-447230771.html
ABŞ-ın Suriyadakı hərbi bazası atəşə məruz qalıb
ABŞ-ın Suriyadakı hərbi bazası atəşə məruz qalıb
Sputnik Azərbaycan
ABŞ ordusu artıq Suriyada ABŞ hərbi bazasının atəşə tutulması faktını araşdırır. 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T13:23+0400
2022-10-09T13:23+0400
2022-10-09T13:18+0400
abş
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437619810_0:320:3073:2048_1920x0_80_0_0_28e7b518c6d983b3b5b1481929b4d4ba.jpg
BAKI, 9 oktyabr - Sputnik. ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb. Bu barədə Yaxın Şərq və Şimali Afrika üzrə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM; Pentaqonun strukturudur) rəsmi açıqlamasında deyilir.Məlum olub ki, ABŞ hərbi bazasına hücum nəticəsində xəsarət alan olmayıb. Hücumun arxasında kimin olduğu hələlik dəqiqləşdirilməyib."Raket kompleksin içinə düşməyib. ABŞ və ya müttəfiq qüvvələrində həyatlarını itirənlər və ya xəsarət alanlar olmayıb, nə obyektlərə, nə də avadanlıqlara ziyan dəyməyib", - deyə komandanlığın hadisə ilə bağlı açıqlamasında qeyd olunur. Məlumatda baş verənlərlə bağlı digər təfərrüatlar verilmir.Eyni zamanda, ABŞ ordusu artıq Suriyada ABŞ hərbi bazasının atəşə tutulması faktını araşdırır.Xatırladaq ki, 2022-ci ilin martında İraqın Ərbil şəhərində ABŞ Baş Konsulluğunun binası yaxınlığında bir neçə raketin düşdüyü bildirilib. Bu ABŞ diplomatik nümayəndəliyinə planlaşdırılmış hücum olub, hücum atəşi o zaman İran ərazisindən həyata keçirilib. Hücum nəticəsində konsulluq binasına xeyli ziyan dəyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437619810_156:0:2887:2048_1920x0_80_0_0_a7b5733612c5dcda385e4879b66af028.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş
ABŞ-ın Suriyadakı hərbi bazası atəşə məruz qalıb
ABŞ ordusu artıq Suriyada ABŞ hərbi bazasının atəşə tutulması faktını araşdırır.
BAKI, 9 oktyabr - Sputnik. ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb. Bu barədə Yaxın Şərq və Şimali Afrika üzrə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM; Pentaqonun strukturudur) rəsmi açıqlamasında deyilir.
Məlum olub ki, ABŞ hərbi bazasına hücum nəticəsində xəsarət alan olmayıb. Hücumun arxasında kimin olduğu hələlik dəqiqləşdirilməyib.
"Raket kompleksin içinə düşməyib. ABŞ və ya müttəfiq qüvvələrində həyatlarını itirənlər və ya xəsarət alanlar olmayıb, nə obyektlərə, nə də avadanlıqlara ziyan dəyməyib", - deyə komandanlığın hadisə ilə bağlı açıqlamasında qeyd olunur. Məlumatda baş verənlərlə bağlı digər təfərrüatlar verilmir.
Eyni zamanda, ABŞ ordusu artıq Suriyada ABŞ hərbi bazasının atəşə tutulması faktını araşdırır.
Xatırladaq ki, 2022-ci ilin martında İraqın Ərbil şəhərində ABŞ Baş Konsulluğunun binası yaxınlığında bir neçə raketin düşdüyü bildirilib. Bu ABŞ diplomatik nümayəndəliyinə planlaşdırılmış hücum olub, hücum atəşi o zaman İran ərazisindən həyata keçirilib. Hücum nəticəsində konsulluq binasına xeyli ziyan dəyib.