Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan-Gürcüstan energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

© Sputnik / Ilham AhmadovQəbələdə Azərbaycan,Türkiyə və Gürcüstan bayraqları ucaldılıb
Qəbələdə Azərbaycan,Türkiyə və Gürcüstan bayraqları ucaldılıb - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan nazir Pərviz Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib.
BAKI, 8 oktyabr-Sputnik. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstana səfəri çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Görüşdə uzunillik tarixə malik Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan təməllər üzərində inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərində əsas rolun məhz enerji əməkdaşlığına məxsus olduğu qeyd edilib. Birgə həyata keçirilən Bakı-Supsa, BTC və Cənubi Qafqaz Boru Kəməri kimi neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətindən bəhs edilib. İki ölkənin enerji əməkdaşlığının müasir mərhələdə inkişafı üçün elektrik enerjisi sahəsində imkanlar nəzərdən keçirilib.
© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPərviz Şahbazov
Министр энергетики Республики Азербайджан Парвиз Шахбазов на пленарном заседании Будущее традиционной энергетики: готов ли мир отказаться от углеводородов? в рамках международного форума Российская энергетическая неделя в ЦВЗ Манеж. - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Pərviz Şahbazov
Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan nazir Pərviz Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib.
Nazir deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının dəstəyi təminat yaradır.
Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə deyib ki, bu, Gürcüstan üçün tarixi layihədir və ölkəsi Qara dəniz sualtı elektrik xətti vasitəsilə yeni əməkdaşlıq formatının yaradılmasına hazırdır.
Görüşdə, həmçinin elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bərpa olunan enerji, hidrogen və digər bir sıra istiqamətlərdə enerji əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib. Nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanları müzakirə ediləcək.
Xəbər lenti
0