Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan neft kartelinin hasilatı azaltmaq qərarından faydalanacaqmı?

© AFP 2023 / JOE KLAMARVyanada OPEC-in mənzil qərargahı, arxiv şəkli
Vyanada OPEC-in mənzil qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
Noyabr ayı üçün neft hasilatının kəskin azalması bazar üçün şok oldu - qara qızıl bir anda bir barel üçün 4 dollar bahalaşıb. Xammal istehsalının azalması ilə bağlı vəziyyət Azərbaycana necə təsir edəcək?
BAKI, 7 oktyabr — Sputnik. OPEC+ üzvü olan ölkələr bir gün əvvəl Vyanada keçirilən iclasda neft hasilatını noyabr ayından başlayaraq sutkada 2 milyon barel azaltmağa razılaşıblar. Həmçinin, sazişin müddəti 2023-cü ilin sonuna qədər uzadılıb.
Azərbaycan OPEC+ üzvü olan ölkələrin nazirlərinin iclasında qəbul edilən qərarı dəstəkləyib. Beləliklə, ölkənin hasilatı azaltmaq üzrə öhdəlikləri sutkada 33 min barel təşkil edəcək. Yəni, 2022-ci ilin noyabrından Azərbaycanda qara qızıl hasilatı sutkada 717 min barelə qədər azalacaq.
Azərbaycan qiymət artımından faydalanacaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, OPEC+ qərarında Azərbaycan üçün yeganə müsbət cəhət neftin qiymətinin 4 dollardan çox artmasıdır.
"Biz neft ixrac edən ölkə kimi bundan faydalanacağıq. Lakin hesab edirəm ki, qiymət artımı ilkin olaraq bazara emosional təsir göstərir, daha sonra isə xərclər bir barel üçün yenidən 85-90 dollar səviyyəsinə enəcək", - deyə Şaban "Sputnik Azərbaycan"a bildirib.
Onun sözlərinə görə, OPEC+ hasilatı azaltmaq qərarını qlobal iqtisadiyyatda tənəzzülün baş verəcəyi ilə əsaslandırıb. Lakin qurumun özünün il ərzində atdığı bütün addımlar bazarda bahalı neftin olmasına hesablanıb.
Ekspert bildirib ki, yəni, Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi neftin qiymətinin artmasında həlledici rol oynamayıb, çünki sentyabrda açıqlanan məlumatlardan məlum olub ki, iyulda OPEK öz kvotasından 3,6 milyon barel az neft hasil edib.
© Sputnik / Alexey Vitvitsky / Mediabanka keçidOPEC, arxiv şəkli
Заседание ОПЕК в Вене - Sputnik Azərbaycan, 1920, 07.10.2022
OPEC, arxiv şəkli
Bazara çatdırılmadan yayınmalar qiymətləri qaldırıb
Onun sözlərinə görə, əgər OPEK nefti öz kvotasına uyğun olaraq bazara çıxarsaydı, bu gün qiymət 60-70 dollar diapazonunda olardı.
"Biz bunu Azərbaycana ayrılan kvotada və ölkənin faktiki olaraq hasil etdiyi həcmlərdə görürük. Azərbaycan ona ayrılan kvotadan 140-150 min barel az neft hasil edir. Əgər OPEC hər ay bazar addımlarını tənzimləyə bilməsə, aydın olacaq ki, bu təşkilatın neft ixrac edən ölkələrin mənfəətini artırmaqdan başqa heç bir marağı yoxdur", - deyə Şaban bildirib.
Ekspert xatırladıb ki, OPEC+ formatı yarandığı 2016-cı ildən 55-60 dolların neft üçün ədalətli qiymət olduğunu və alyansın səylərini onun bazarda bərqərar olmasına yönəldəcəyi açıqlayıb. "Faktiki olaraq, OPEC vədinə əməl etmir", - deyə Şaban sözünə davam edib.
"2005-ci ildə OPEK ədalətli qiymət diapazonunu 22-28 dollar səviyyəsində hesab edirdi. Amma 2005-ci ildə bazar qiyməti 50 dollara yaxınlaşdı. 3 ildən sonra biz qiymətlərin 148 dollar həcmində olduğunun şahidi olduq. O zaman da OPEK onlara nəzarət etmək üçün heç bir iş görmədi. Hesab edirəm ki, təşkilat bazara nəzarət funksiyasını itirməsə də, eqoist qiymət siyasəti yürütməyə başlayıb", - deyə ekspert qeyd edib.
Xəbər lenti
0