Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qarabağdan Abşerona "Yaşıl enerji" ötürüləcək

© AP Photo / Ross D. FranklinGünəş panelləri, arxiv şəkli
Günəş panelləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Nazir müavini qeyd edib ki, Azərbaycanın külək enerjisi ilə bağlı 3000 MVt, günəş enerjisi ilə bağlı 23 000 MVt, bio enerji ilə bağlı 380 MVt, mini-hidro ilə bağlı potensialı 520 MVt-dır
BAKI, 6 oktyabr — Sputnik. BP ilə Qarabağdakı "yaşıl enerji" layihəsinə əsasən, burda əldə olunan enerji Abşerona transfer ediləcək. Bunu Milli Şəhərsalma Forumunda energetika nazirinin müavini Elnur Soltanov deyib.
Nazirinin müavininin sözlərinə görə, Abşeronda Qarabağda istehsal olunan "yaşıl enerji"dən istifadə olunacaq.
Elnur Soltanovun sözlərinə görə, 2030-cu il üçün milli prioritetlər arasında yaşıl mühit və ölkənin yaşıl böyüməsi var, eyni zamanda, "yaşıl enerji" məkanının yaradılması hədəflənib: "Bu prioritetlər də 2 beş illik plan əsasında reallaşacaq. Azərbaycanın külək enerjisi ilə bağlı 3000 MVt, günəş enerjisi ilə bağlı 23 000 MVt, bio enerji ilə bağlı 380 MVt, mini-hidro ilə bağlı potensialı 520 MVt-dır. Ofşor enerji potensialımız isə 157 giqavatdır. Azərbaycan neft ölkəsidir, qaz ixrac edir, həm də külək enerji potensialı var. Bu isə o deməkdir ki, Azərbaycan həm də bərpaolunan enerji ixrac edən ölkə olaraq digər ölkələrə də enerji ixrac edə bilər".
Xatırladaq ki, bu il martın 16-da Energetika Nazirliyi və BP arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
Xəbər lenti
0