SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevlə Şarl Mişel arasında görüş keçirilib

© Photo : European Unionİlham Əliyev və Şarl Mişel, arxiv şəkli
İlham Əliyev və Şarl Mişel, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Prezidenti İlham Əliyev "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.
Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub.
Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib.
Şarl Mişel bununla bağlı dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.
Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş də keçiriləcək. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı"nda bildirib. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşü bu ilin avqustun 31-də Brüsseldə baş tutub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü gözlənilir
Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq.
Liderlər Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsindfə bir araya gələcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevlə N.Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər.
Xatırladaq ki, bu gün həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla N.Paşinyan arasında görüş olacaq.
Xəbər lenti
0