https://sputnik.az/20221006/neft-bazarinda-opec-in-tesiri-davam-edir-447117239.html
Neft bazarında OPEC-in təsiri davam edir
Neft bazarında OPEC-in təsiri davam edir
Sputnik Azərbaycan
Toplantının təsiri ilə kəskin bahalaşan neftin qiymətləri yeni ticarət günündə cüzi də olsa, artım göstərir. 06.10.2022, Sputnik Azərbaycan
2022-10-06T14:14+0400
2022-10-06T14:14+0400
2022-10-06T14:14+0400
neft
neft-qaz
opec
"azeri light"
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440811768_0:0:3072:1728_1920x0_80_0_0_747aa6e830d00caa075410afed33dc90.jpg
BAKI, 6 oktyabr — Sputnik. Dünyada neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.London birjasında "Brent" markalı neftin qiyməti 0,02 dollar artaraq 93,39 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 87,72 dollar olub.Azərbaycan neftinin qiyməti 1,65 dollar artaraq 98,37 dollar olub.Qeyd edək kİ, "OPEC plus" toplantısında hasilatın azaldılması qərarının neft bazarlarında təsiri davam edir. Toplantının təsiri ilə kəskin bahalaşan neftin qiymətləri yeni ticarət günündə cüzi də olsa, artım göstərir."OPEC plus" ölkələrinin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib."Əməkdaşlıq Bəyannaməsi"nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, "OPEC plus" razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur."OPEC plus"un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440811768_341:0:3072:2048_1920x0_80_0_0_060bbb6f5eaf1ecdb36ed52f424973f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, opec, "azeri light"
neft, opec, "azeri light"
Neft bazarında OPEC-in təsiri davam edir
Toplantının təsiri ilə kəskin bahalaşan neftin qiymətləri yeni ticarət günündə cüzi də olsa, artım göstərir.
BAKI, 6 oktyabr — Sputnik. Dünyada neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
London birjasında "Brent" markalı neftin qiyməti 0,02 dollar artaraq 93,39 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 87,72 dollar olub.
Azərbaycan neftinin qiyməti 1,65 dollar artaraq 98,37 dollar olub.
Qeyd edək kİ, "OPEC plus" toplantısında hasilatın azaldılması qərarının neft bazarlarında təsiri davam edir. Toplantının təsiri ilə kəskin bahalaşan neftin qiymətləri yeni ticarət günündə cüzi də olsa, artım göstərir.
"OPEC plus" ölkələrinin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
"Əməkdaşlıq Bəyannaməsi"nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, "OPEC plus" razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.
"OPEC plus"un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.