SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Cənubi Qafqazda aktivləşir: Ermənistan sülhə məcbur edilməlidir

© AP Photo / Charlie NeibergallABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Ekspertlərin fikrincə, Ermənistan tərəfindən militarist açıqlamalar səsləndirməsi gərginliyin hələ də qalmasından xəbər verir.
BAKI, 6 oktyabr — Sputnik. "Azərbaycan tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və danışıqlara səmimi yanaşır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Qeyd edək ki, oktyabrın 4-də ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Həmçinin Azərbaycan tərəfi 17 erməni hərbi əsiri İrəvana geri qaytarıb.
Politoloqun sözlərinə görə, Azərbaycan bu danışıqlardan nəticə gözləyir: "Bu gün danışıqlar masasında sülh müqaviləsinin imzalanması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası əsas prioritet mövzulardır.
Politoloq ABŞ-ın Azərbaycan-Ermənistan arasında vasitəçilik missiyasını genişləndirməsinə diqqət çəkib. O bildirib ki, ABŞ bunun üçün regionda müxtəlif təmaslar həyata keçirir və həmçinin Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda fonda olsa da, iştirak edir: "Bunu ABŞ Dövlət Katibinin Azərbaycan və Ermənistan liderlərinin Brüssel danışıqlarından sonra hər iki ölkə rəhbərliyinə etdiyi zənglərdən də müşahidə edə bilərik. Azərbaycan Ermənistanın təxribatçı hərəkətlərinə baxmayaraq humanist mövqeyini nümayiş etdirir. Ötən gün 17 hərbi əsirin azad edilməsi də bunun nəticəsidir".
Azərbaycan nümayiş etdirir ki, o sülh danışıqlarının davam etdirilməsində maraqlıdır. Bununla belə Ermənistan Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır. Azərbaycan hərbi eskalasiya ehtimallarını minimuma endirməyə çalışır. Bununla belə Ermənistan tərəfindən militarist açıqlamalar səsləndirilir. Bütün bunlar gərginliyin hələ də qalmasından xəbər verir. Ermənistan sülh formatına razılıq verirsə, silahlanmaq nəyə lazımdır?! Regionda sülhün əldə olunmasına böyük ehtiyac var. Ermənistan sülh formatının iştirakçısı olsa da, üzərinə götürdüyü öhdəliklərdən daim yayınır", – deyə politoloq vurğulayıb.
Millət vəkili Asim Mollazadə də Sputnik Azərbaycan-a ABŞ-ın vasitəçilik missiyası ilə bağlı fikirlərini bölüşüb.
© Photo : APAAsim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili
O bildirib ki, Azərbaycan sülhə aparan hər bir yolu dəstəkləyir:
"Azərbaycana sülh lazımdır. Bu baxımdan sülhə xidmət edən istənilən təşəbbüsə müsbət yanaşmağa ehtiyac var. Mən hər hansı qüvvənin bu prosesə töhfə verməsini müsbət qiymətləndirirəm. Buna görə də Ermənistan sülhə məcbur edilməlidir.
ABŞ-ın indiki vasitəçiliyi ilə nəyi bacaracağını isə gözləmək lazımdır. Azərbaycanın mövqeyi belədir ki, hər kəs bölgədə sülhün bərqərar olmasında maraqlı olmalıdır. Bunun üçün də bölgənin inkişafı və sabitliyində hər kəsin marağı olmalıdır".
Xəbər lenti
0