https://sputnik.az/20221005/rusiya-xn-ukrayna-ucun-mask-plani-haqqinda-447073111.html
Rusiya XİN Ukrayna üçün "Mask planı" haqqında
Rusiya XİN Ukrayna üçün "Mask planı" haqqında
Sputnik Azərbaycan
İlon Mask Rusiya ilə genişmiqyaslı müharibə olacağı təqdirdə Ukraynanın qələbəsinin mümkünlüyünə şübhə etdiyini yazıb, həmçinin, Ukrayna münaqişəsinin həlli... 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T14:01+0400
2022-10-05T14:01+0400
2022-10-05T14:01+0400
rusiya xin
rusiya
mariya zaxarova
ilon mask
https://cdnn1.img.sputnik.az/img/42171/52/421715276_0:0:2730:1537_1920x0_80_0_0_1680d7157ba2a783b0088e2ec4918301.jpg
BAKI, 5 oktyabr — Sputnik. İlon Maskın Ukrayna ilə bağlı planı ictimai müzakirənin bir hissəsidir və Qərbdə baş verənlərlə bağlı suallar yaranmağa başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova biznesmen İlon Maskın Ukrayna ilə bağlı planını şərh edərkən bildirib.Bazar ertəsi Mask Rusiya ilə genişmiqyaslı müharibə olacağı təqdirdə Ukraynanın qələbəsinin mümkünlüyünə şübhə etdiyini yazıb və tərəfləri sülhə çağırıb.O, həmçinin, Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təklif edib. Plan Donbasda "BMT nəzarəti altında" "yenidən səsvermənin keçirilməsini", Krımın "1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi Rusiyanın formal hissəsi kimi saxlanılmasını", Krımın su təchizatına zəmanəti və Ukraynanın neytral statusunu nəzərdə tutur."Əlbəttə, hazırda dünya çox dərin həyəcan keçirir. Bu, baş verən dəyişikliklərlə bağlı deyil, Ukrayna ətrafındakı vəziyyətlə və Qərbin təhrik etdiyi təlatümlərlə bağlıdır. Və nəhayət, yəqin ki, Qərbdə belə bir sual yaranmağa başlayıb: bütün bunlar ümumiyyətlə nə deməkdir və niyə baş verir? Bəs Ağ Evin, ABŞ-ın, NATO strukturlarının bütün bunlarda rolu nədir?" – deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42171/52/421715276_0:0:2730:2048_1920x0_80_0_0_8f76f2d60ee542c253c2f46851878314.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, mariya zaxarova, ilon mask
rusiya xin, mariya zaxarova, ilon mask
Rusiya XİN Ukrayna üçün "Mask planı" haqqında
İlon Mask Rusiya ilə genişmiqyaslı müharibə olacağı təqdirdə Ukraynanın qələbəsinin mümkünlüyünə şübhə etdiyini yazıb, həmçinin, Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təklif edib.
BAKI, 5 oktyabr — Sputnik. İlon Maskın Ukrayna ilə bağlı planı ictimai müzakirənin bir hissəsidir və Qərbdə baş verənlərlə bağlı suallar yaranmağa başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova biznesmen İlon Maskın Ukrayna ilə bağlı planını şərh edərkən bildirib.
Bazar ertəsi Mask Rusiya ilə genişmiqyaslı müharibə olacağı təqdirdə Ukraynanın qələbəsinin mümkünlüyünə şübhə etdiyini yazıb və tərəfləri sülhə çağırıb.
O, həmçinin, Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təklif edib. Plan Donbasda "BMT nəzarəti altında" "yenidən səsvermənin keçirilməsini", Krımın "1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi Rusiyanın formal hissəsi kimi saxlanılmasını", Krımın su təchizatına zəmanəti və Ukraynanın neytral statusunu nəzərdə tutur.
"Bu, ictimai müzakirə olduğu üçün bütün bunları şərh etməyin mənası yoxdur. Burada müxtəlif insanlar, siyasətçilər, ictimai xadimlər, iş adamları, himayədarlar, xeyriyyəçilər, mədəniyyət övladları, sənət adamları var. Onlar müzakirədə iştirak edirlər və öz fikirləri var. Hər kəsin öz məqsədi və vəzifəsi var", - deyə Zaxarova "Sputnik" radiosunun efirində bildirib.
"Əlbəttə, hazırda dünya çox dərin həyəcan keçirir. Bu, baş verən dəyişikliklərlə bağlı deyil, Ukrayna ətrafındakı vəziyyətlə və Qərbin təhrik etdiyi təlatümlərlə bağlıdır. Və nəhayət, yəqin ki, Qərbdə belə bir sual yaranmağa başlayıb: bütün bunlar ümumiyyətlə nə deməkdir və niyə baş verir? Bəs Ağ Evin, ABŞ-ın, NATO strukturlarının bütün bunlarda rolu nədir?" – deyə o əlavə edib.