https://sputnik.az/20221005/rusiya-prezidenti-dord-qanun-imzaladi-olum-hokmu-tetbiq-edilmeyecek-447071486.html
Rusiya prezidenti dörd qanun imzaladı: ölüm hökmü tətbiq edilməyəcək
Rusiya prezidenti dörd qanun imzaladı: ölüm hökmü tətbiq edilməyəcək
Sputnik Azərbaycan
Bildirilib ki, 2026-cı ilə qədər davam edəcək keçid dövrü çərçivəsində yeni regionlar inteqrasiya olunacaq. 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T11:45+0400
2022-10-05T11:45+0400
2022-10-05T11:45+0400
rusiya prezidenti vladimir putin
rusiya
xerson
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0b/425697765_0:0:3059:1722_1920x0_80_0_0_9b62e7761c5e2fe87c845af29e3acd1c.jpg
BAKI, 5 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Donetsk və Luqansk Xalq Respublikaları"nın, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiya tərkibinə qəbul edilməsi haqqında müqavilələrin ratifikasiyası haqqında dörd qanun imzalayıb. Müvafiq sənədlər çərşənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.Sazişlər sentyabrın 30-da Moskvada imzalanıb. Federasiyanın yeni subyektlərinin sərhədləri "onların yarandığı və Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan" sərhədlərlə müəyyən ediləcək. Yeni regionların rəhbərləri seçilənə qədər Rusiya qanunlarına uyğun olaraq, onlara Putinin təyin etdiyi müvəqqəti səlahiyyətləri icra edən şəxslər rəhbərlik edəcəklər. Regional parlamentlərin seçkiləri 2023-cü ilin sentyabrında bir səsvermə günü ərzində keçiriləcək.Bildirilib ki, 2026-cı ilə qədər davam edəcək keçid dövrü çərçivəsində yeni regionlar inteqrasiya olunacaq, həmçinin 2023-cü ilə qədər qrivna ilə ödəniş etmək mümkün olacaq, bundan sonra bu ərazilərdə yalnız Rusiya rublu pul vahidinə çevriləcək. Yeni bölgələrin silahlı qüvvələrinin (onlar "Donetsk və Luqansk Xalq respublikaları"ndadır) Rusiya ərazisinə daxil edilməsi nəzərdə tutulur və Rusiya Federasiyasının Konstitusiyasına zidd olan qanunvericilik normaları, o cümlədən ölüm hökmü tətbiq edilməyəcək.Oktyabrın 2-də Putin Dövlət Dumasına subyektlərin Rusiyaya qəbulu haqqında federal konstitusiya qanunlarının, habelə ratifikasiya üçün müqavilələrin layihələrini təqdim edib. Həmin gün Rusiya Konstitusiya Məhkəməsi dövlət başçısının təqdim etdiyi sənədləri təsdiqləyib.Sentyabrın 30-da Kremldə təntənəli mərasim keçirilib və bu mərasimdə Rusiya prezidenti "Donetsk və Luqansk Xalq Respublikaları"nın, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri ilə yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb. Əvvəlcə həmin ərazilərdə referendumlar keçirildi, bölgələrin sakinləri səs çoxluğu ilə Rusiyanın tərkibinə daxil olmağı dəstəkləyiblər.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Qismən səfərbərlikSentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0b/425697765_69:0:2798:2047_1920x0_80_0_0_ce8d56c467e3ed83edd2e4d444dc08b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, xerson
rusiya prezidenti vladimir putin, xerson
Rusiya prezidenti dörd qanun imzaladı: ölüm hökmü tətbiq edilməyəcək
Bildirilib ki, 2026-cı ilə qədər davam edəcək keçid dövrü çərçivəsində yeni regionlar inteqrasiya olunacaq.
BAKI, 5 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Donetsk və Luqansk Xalq Respublikaları"nın, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiya tərkibinə qəbul edilməsi haqqında müqavilələrin ratifikasiyası haqqında dörd qanun imzalayıb. Müvafiq sənədlər çərşənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sazişlər sentyabrın 30-da Moskvada imzalanıb. Federasiyanın yeni subyektlərinin sərhədləri "onların yarandığı və Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan" sərhədlərlə müəyyən ediləcək. Yeni regionların rəhbərləri seçilənə qədər Rusiya qanunlarına uyğun olaraq, onlara Putinin təyin etdiyi müvəqqəti səlahiyyətləri icra edən şəxslər rəhbərlik edəcəklər. Regional parlamentlərin seçkiləri 2023-cü ilin sentyabrında bir səsvermə günü ərzində keçiriləcək.
Bildirilib ki, 2026-cı ilə qədər davam edəcək keçid dövrü çərçivəsində yeni regionlar inteqrasiya olunacaq, həmçinin 2023-cü ilə qədər qrivna ilə ödəniş etmək mümkün olacaq, bundan sonra bu ərazilərdə yalnız Rusiya rublu pul vahidinə çevriləcək. Yeni bölgələrin silahlı qüvvələrinin (onlar "Donetsk və Luqansk Xalq respublikaları"ndadır) Rusiya ərazisinə daxil edilməsi nəzərdə tutulur və Rusiya Federasiyasının Konstitusiyasına zidd olan qanunvericilik normaları, o cümlədən ölüm hökmü tətbiq edilməyəcək.
Oktyabrın 2-də Putin Dövlət Dumasına subyektlərin Rusiyaya qəbulu haqqında federal konstitusiya qanunlarının, habelə ratifikasiya üçün müqavilələrin layihələrini təqdim edib. Həmin gün Rusiya Konstitusiya Məhkəməsi dövlət başçısının təqdim etdiyi sənədləri təsdiqləyib.
Sentyabrın 30-da Kremldə təntənəli mərasim keçirilib və bu mərasimdə Rusiya prezidenti "Donetsk və Luqansk Xalq Respublikaları"nın, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri ilə yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb. Əvvəlcə həmin ərazilərdə referendumlar keçirildi, bölgələrin sakinləri səs çoxluğu ilə Rusiyanın tərkibinə daxil olmağı dəstəkləyiblər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".