https://sputnik.az/20221005/ombudsman-mingecevire-raket-hucumunun-ildonumu-ile-bagli-beyanat-yayib-447075646.html
Ombudsman Mingəçevirə raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb
Ombudsman Mingəçevirə raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb
Sputnik Azərbaycan
Bu gün Ermənistan silahlı qüvvələrinin iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür. 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T12:31+0400
2022-10-05T12:31+0400
2022-10-05T12:42+0400
mingəçevir
azərbaycan xəbərləri
ombudsman səbinə əliyeva
bəyanat
ermənistan
hücum
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232775_0:0:3080:1733_1920x0_80_0_0_5f37358dfce6ea5deca4a9143c060290.jpg
BAKI, 5 oktyabr — Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələrinin Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla hərbi əməliyyatların aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür". Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bəyanatında deyilir.Ombudsman Aparatından verilən xəbərə görə, bəyanatda bildirilir ki, Ermənistanın Azərbaycanın 100 mindən artıq əhalisi olan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Mingəçevir şəhərini qəsdən raket atəşinə tutması nəticəsində dinc əhali arasında müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub və onlara külli miqdarda ziyan dəyib:"Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının vurulmasının Ermənistan tərəfindən xüsusi olaraq hədəfə alınması isə ilk növbədə çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədilə həyata keçirilib".Daha sonra sənəddə deyilir ki, bununla bağlı tərəfimizdən beynəlxalq təşkilatlara müraciət edilərək mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan Ermənistanın cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə dair çağırış edilib:Xatırladaq ki, Ermənistan hərbi-siyası rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri 04 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçeviri qəsdən hədəfə almaqla atdığı raketlərdən biri elektrik stansiyasının qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Təəssüflər olsun ki, fərdi yaşayış evinə raketin atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.Onu da bildirək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232775_345:0:3076:2048_1920x0_80_0_0_82607797f483c12a34a8c73789872276.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mingəçevir, ombudsman səbinə əliyeva, bəyanat, ermənistan, hücum
mingəçevir, ombudsman səbinə əliyeva, bəyanat, ermənistan, hücum
Ombudsman Mingəçevirə raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb
12:31 05.10.2022 (Yenilənib: 12:42 05.10.2022) Bu gün Ermənistan silahlı qüvvələrinin iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür.
BAKI, 5 oktyabr — Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələrinin Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla hərbi əməliyyatların aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür". Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bəyanatında deyilir.
Ombudsman Aparatından verilən xəbərə görə, bəyanatda bildirilir ki, Ermənistanın Azərbaycanın 100 mindən artıq əhalisi olan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Mingəçevir şəhərini qəsdən raket atəşinə tutması nəticəsində dinc əhali arasında müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub və onlara külli miqdarda ziyan dəyib:
"Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının vurulmasının Ermənistan tərəfindən xüsusi olaraq hədəfə alınması isə ilk növbədə çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədilə həyata keçirilib".
Daha sonra sənəddə deyilir ki, bununla bağlı tərəfimizdən beynəlxalq təşkilatlara müraciət edilərək mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan Ermənistanın cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə dair çağırış edilib:
"Lakin bütün bunlara baxmayaraq, son dövrlər Ermənistan tərəfi Azərbaycana qarşı genişmiqyaslı hərbi hücumlar həyata keçirməklə, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızda təxribat-diversiya qrupları vasitəsilə çoxsaylı minalar basdırmaqla vəziyyəti gərginləşdirməyə, işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə bərpa-quruculuq işlərini ləngitməyə çalışır, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininə maneə yaratmaqda davam edir".
Xatırladaq ki, Ermənistan hərbi-siyası rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri 04 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçeviri qəsdən hədəfə almaqla atdığı raketlərdən biri elektrik stansiyasının qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Təəssüflər olsun ki, fərdi yaşayış evinə raketin atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Onu da bildirək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.