Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Səudiyyə hökumətinin hər zaman ölkəmizin yanında olduğunu deyib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Azərbaycan prezidenti deyib ki, qardaş ölkələrin şirkətlərini tərəfdaş olaraq görmək istəyir
BAKI, 4 oktyabr — Sputnik. "Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən bildirib.
“Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq”, - deyə dövlət başçısı vurğulayıb.
İşğaldan azad edilən torpaqlarımızda irimiqyaslı yenidənqurma proqramının həyata keçirildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti deyib ki, biz qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik: “Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir".
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 04.10.2022
SİYASƏT
İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri nədən danışıblar?
Xəbər lenti
0