Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb

© AFP 2024 / BULENT KILICGəncədə ermənilərin açdığı raket atəşindən sonra vəziyyət, arxiv şəkli
Gəncədə ermənilərin açdığı raket atəşindən sonra vəziyyət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Ermənilərin törətdiyi terror hadisəsindən iki il ötür
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötməsi ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından verilən xəbərə görə, bəyanatda bildirilir ki, Ermənistanın Vətən müharibəsi dövründə hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə şəhərində bir neçə dəfə törətdiyi terror aktları nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb:
“Bundan başqa, şəhərin yaşayış binalarına, tarixi-mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib".
"Təəssüflər olsun ki, dəfələrlə tərəfimizdən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara mülki əhaliyə qarşı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, beynəlxalq humanitar hüquq normalarını və tərəflər arasında elan olunmuş atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətlərində iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib”, - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə - 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri 5 dəfə ayrı-ayrı vaxtlarda Ermənistan Silahlı Qüvvələrinin raket hücumlarına məruz qalıb.
İlk hücum oktyabrın 4-də baş verib və 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktyabrın 8-də baş verib, həlak olan və yaralanan olmayıb. 11 oktyabrda baş verən dördüncü raket hücumu nəticəsində isə 10 mülki şəxs şəhid olub, 40-dan çox şəxs yaralanıb.
Bu hücum atəşkəsin imzalanmasından bir gün sonra baş verib.
Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib.
Qeyd edək ki, Ermənistanın mülki şəxslərə raket hücumları nəticəsində həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırıb.
Xəbər lenti
0