https://sputnik.az/20221004/muharibe-veterani-adi-verilenlerin-sayi-aciqlandi-447035375.html
"Müharibə veteranı" adı verilənlərin sayı açıqlandı
"Müharibə veteranı" adı verilənlərin sayı açıqlandı
Sputnik Azərbaycan
Vətən müharibəsi başa çatandan sonra 3800-ə yaxın fərdi ev və mənzillər verilib. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T13:08+0400
2022-10-04T13:08+0400
2022-10-04T13:08+0400
veteran
cəmiyyət
mənzil
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:3073:1728_1920x0_80_0_0_ba2336428662fc39702759274ae21a4a.jpg
BAKI, 4 oktyabr — Sputnik. Bu günə qədər 90 minə qədər şəxsə "Müharibə veteranı" adı verilib və onlara aylıq 80 manat Prezident təqaüdü ödənilir.Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. O bildirib ki, bu günə qədər 12 800 şəhid ailəsinə isə ev verilib:“Ümumiyyətlə Vətən müharibəsi başa çatandan sonra isə 3800-ə yaxın belə fərdi evlər və mənzillər verilib. Bu ilin proqramına uyğun olaraq 800 mənzil verilib və ilin sonuna qədər bu rəqəmin 1500-ə çatdırılması gözlənilir”.Xatırladaq ki, 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb.Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:2731:2048_1920x0_80_0_0_edee966247b4848cf59024ca1073003e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
veteran, mənzil
"Müharibə veteranı" adı verilənlərin sayı açıqlandı
Vətən müharibəsi başa çatandan sonra 3800-ə yaxın fərdi ev və mənzillər verilib.
BAKI, 4 oktyabr — Sputnik. Bu günə qədər 90 minə qədər şəxsə "Müharibə veteranı" adı verilib və onlara aylıq 80 manat Prezident təqaüdü ödənilir.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. O bildirib ki, bu günə qədər 12 800 şəhid ailəsinə isə ev verilib:
“Ümumiyyətlə Vətən müharibəsi başa çatandan sonra isə 3800-ə yaxın belə fərdi evlər və mənzillər verilib. Bu ilin proqramına uyğun olaraq 800 mənzil verilib və ilin sonuna qədər bu rəqəmin 1500-ə çatdırılması gözlənilir”.
Xatırladaq ki, 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb.
Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib.