DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiyanın baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istədiklərini açıqlayıb

© Philip Fong / Pool Photo via APYaponiya baş naziri Fumio Kişida
Yaponiya baş naziri Fumio Kişida  - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Yaponiya baş naziri bildirib ki, Rusiya-Yaponiya münasibətləri gərgindir, lakin ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursuna qətiyyətlə sadiqdirlər.
BAKI, 3 oktyabr — Sputnik. Yaponiya ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq kursuna qətiyyətlə sadiqdir. Bunu Yaponiya baş naziri Fumio Kişida Yaponiya parlamentində çıxışı zamanı deyib.
Qeyd olunur ki, oktyabrın 3-də Yaponiya parlamentinin növbədənkənar 210-cu sessiyası işinə başlayıb.
"Ukraynadakı vəziyyətə görə Rusiya-Yaponiya münasibətləri gərgindir, lakin biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursuna qətiyyətlə sadiqik", - Kişida bildirib.
Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırdığını açıqlamışdı.
Bununla yanaşı Rusiya Kuril adalarının cənubunda birgə təsərrüfat fəaliyyəti üzrə dialoqdan imtina edib və Yaponiyanın Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatında sektorlar üzrə dialoqda tərəfdaş statusunun uzadılmasına qadağa qoyub.
"İkitərəfli əməkdaşlığa və Yaponiyanın öz maraqlarına vurulan zərbəyə görə məsuliyyət qarşılıqlı faydalı əməkdaşlıq və xoş qonşuluq əvəzinə Rusiyaya qarşı xətti seçən rəsmi Tokionun üzərinə düşür", - deyə Rusiya XİN bəyanatında vurğulanıb.
Xəbər lenti
0