Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda taksi sürücüsünə qarşı zorakılıq edilib

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb.
BAKI, 3 oktyabr — Sputnik. Bakıda taksi sürücüsünə zor tətbiq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə oktyabrın 2-də saat 5 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi "Toyota" markalı avtomobildə sərnişinin ona zor tətbiq edərək içərisində 50 manat, 100 rubl və sənədləri olan cüzdanını talaması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən baş tutan sonuncu əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi Gülüstan küçəsi ərazisində saxlanılıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu "Opel" markalı avtomobilin yük yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunaraq götürülüb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkar edilib.
Xəbər lenti
0