https://sputnik.az/20221002/mektebliler-tehlukede---onlar-nece-narkotacirlerin-qurbanina-cevrilir-446939872.html
Məktəblilər təhlükədə - Onlar necə narkotacirlərin qurbanına çevrilir
Məktəblilər təhlükədə - Onlar necə narkotacirlərin qurbanına çevrilir
Sputnik Azərbaycan
Kamran Əsədov deyir ki, Elm və Təhsil Nazirliyi ən çox narkomaniya ilə bağlı maarifləndirməyə qrant ayırsa da, bunu öz dost-tanışlarına həvalə etdiklərindən... 02.10.2022, Sputnik Azərbaycan
2022-10-02T09:29+0400
2022-10-02T09:29+0400
2022-10-02T09:40+0400
narkotacir
cəmiyyət
məktəb
narkotik
məktəblilər
şagirdlər
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 2 oktyabr — Sputnik. Bakıda narkotik satışı ilə məşğul olan qadının məhkəmədə ifadəsi valideynlər arasında ciddi narahatlıq yaradıb. 20 yaşlı Günay Quliyevanın (ad-soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində məktəblərin ətrafında narkotik satışı ilə məşğul olduğunu söyləməsi övladı məktəbli olan valideynlərin təşvişinə səbəb olub. Narkokuryer Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib.O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittihama əsasən, Bakının Binəqədi rayonunda kirayə yaşayan qadın, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyıb. 2021-ci ilin noyabrında daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində saxlanılan qadının üzərindən 4,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd həbdə təsiredici maddəsinin ümumilikdə 0,44 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Günayın şagirdlərə də narkotik satdığı müəyyən edilib. O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.Şagirdləri "ağ ölüm"ün girdabına salan qadın həbs olunsa da, narkotik maddələrin digər məktəblərin ətrafında, şagirdlər arasında satışının davam etdiyi istisna deyil.Məktəb direktoru təkzib edir179 saylı məktəbin direktoru Bəyaz Məhərrəmova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb ciddi mühafizə olunur: "Biz məktəbin daxilinə cavabdehik. Məktəbimizdə 100-dən çox kamera var. Narkotik maddələrin zərəri barədə şagirdlər arasında maarifləndirmə tədbirləri aparılır. Məktəbimizin psixoloqu daim şagirdlərlə narkomaniyanın zərəri barədə məlumatlar verir. Valideynləri belə heç bir vacib işi olmadan məktəbə buraxmırıq. Bu hadisədə məktəbimizin adının hallanması diqqəti başqa yerə yönəltmək də ola bilər".B. Məhərrəmova bildirib ki, məktəbin şagirdləri arasında narkotik maddə aludəçisi yoxdur. Onun fikrincə, əgər belə bir hal olarsa mütləq valideyn məktəbə məlumat verər, o verməsə belə, şagirdin müalicə aldığı narkoloji dispanser bu barədə məktəbi məlumatlandırır. B. Məhərrəmova qeyd edib ki, şagirdlərini öz övladı kimi qoruyur, onların bu bəlaya düçar olmasının qarşısını almaq üçün məktəb kollektivi əlindən gələni edir. Bununla belə direktor qeyd etdi ki, bu məsələdə valideyn nəzarəti də vacibdir: "Şagird məktəbin qapısından içəri daxil olan andan biz ona cavabdehik. Amma şagirdlərin üzərində valideyn nəzarəti də olmalıdır. Valideynlər övladlarının dərsdən çıxdıqdan sonra hara getdiyi, evdə davranışlarına ciddi nəzarət etməlidirlər. Bu məsələdə həm məktəb, həmçinin də valideyn məsuliyyəti olmalıdır ki, şagirdlər zərərli vərdişlərə aludə olmasın".Məktəblərdə maarifləndirmə zəif aparılırTəhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin narkotik maddələrin təsiri altına düşməsinin qarşısının alınması üçün məktəblərdə ciddi maarifləndirmə tədbirləri aparılmalıdır. Həmsöhbətimiz deyir ki, narkokuryerlərin hədəf olaraq məktəblərin ətrafını seçməsi təsadüfi deyil. Onlar bu yolla narkotik maddələrin zərəri barədə məlumatsız olan şagirdləri daha tez tora sala bilirlər:"Ona görə də məktəblərdə narkotik maddələrin zərərləri barədə ciddi maarifləndirmə işləri aparılmalıdır. Təəssüf ki, bu gün məktəblərdə bu iş çox zəifdir. Elm və Təhsil Nazirliyi ən çox narkomaniya ilə bağlı maarifləndirici layihələrə qrant ayırır. Amma bu layihələri öz dost-tanışlarına həvalə etdiklərindən, layihələr formal icra olunur. Narkomaniya barədə şagirdlərə düzgün məlumat verilmir. Bəzən narkomaniyaya qarşı elə şəkillər təqdim edirlər ki, əksinə, şagirdlərdə bu maddələrə həvəs oyadırlar. Layihələrin icrası zamanı bu məsələlər diqqətdə saxlanılmalıdır. Uşaqların gözü qarşısında narkomaniyanın məhv etdiyini əks etdirən səhnələr canlandırılmalı, narkotacirlərin onları bu zərərli vərdişə cəlb etmə yolları izah olunmalıdır. Bundan əlavə şagirdlərin dərsdən yayınmasının qarşısı alınmalıdır".K. Əsədov deyir ki, bundan əlavə məktəblərdə şagirdlərin davranışına da diqqət yetirilməlidir. Çünki, narkotik maddə istifadə edən şagirdlərin davranışından bunu sezmək mümkündür.Konfetə narkotik əlavə edib vermək olar?Həkim-narkoloq Pərvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda iki növ narkotik maddə populyardır. Bunlar heroin və metamfetamindir. P. Məmmədov bildirib ki, bunların hər ikisi asılılıq yaradır.Həkim-narkoloq bildirdi ki, narkotik maddənin konfetə əlavə edilib verilməsi mümkündür. P. Məmmədov deyir ki, heroin qəbul edən şəxslərdə psixi asılılıq formalaşmır. Onun sözlərinə görə, narkotik istifadə edənlərdə fiziki asılılıq iki aya formalaşa bilər. Metamfetamində isə fiziki asılılıq olmur. P. Məmmədov qeyd etdi ki, narkotik maddə qəbul edən şəxsdə psixi asılılıq isə nə onun əhval ruhiyəsinə nə təsir edirsə ona qarşı yaranır: "Əgər şagird bilmirsə qəbul etdiyi narkotik maddədir bu zaman narkotik maddəyə qarşı psixi asılılıq yaranmır. İstifadə etdiyi konfetə qarşı asılılıq yaranır. Narkoman o şəxslərdir ki, onlar şüurlu şəkildə narkotiki alıb istifadə edirlər".Valideynlərə vacib bilgiHəkim-narkoloq deyir ki, valideynlər uşaqlarının davranışlarından da narkotik aludəçisi olduğunu başa düşə bilərlər. Onun sözlərinə görə, uşaq həddindən artıq aktivləşirsə metamfetamin, çox yatırsa heroin qəbul edir: "Narkotik maddə insanın fiziki və psixi vəziyyətini dəyişir. Metamfetamin qəbul edən ən sakit uşaq belə bundan sonra aktivləşir, yersiz gülür, yaxud da lazımsız hərəkətlər edir. Heroin qəbul edənlər isə daha çox yatırlar. Metamfetamin istifadəçiləri yemək yemir, günü-gündən arıqlayırlar. Marixuana istifadə edənlərdə isə aclıq hissi artır. Qanda şəkər düşdüyündən, şirniyyata orqanizmin təlabatı artır".Həkim-narkoloq deyir ki, bu əlamətlərdən valideynlər uşaqlarının narkotik maddə aludəçisi olub-olmadığını, hansı narkotik maddəni qəbul etdiyini müəyyənləşdirə bilərlər.Dövlət Komissiyası yenə susurNarkotiklərə Qarşı Milli Təbliğat Ofisindən bildirdilər ki, vəziyyətin bu həddə gəlib çıxacağı gözlənilən idi. Ofisdən onu da qeyd ediblər ki, məktəblilərin narkotacirlərin toruna düşməsinin qarşısını almaq üçün şagirdlər arasında narkomaniyanın zərərləri barədə məlumatlandırma işi aparılmalıdır. Həmçinin onlara narkokuryerlərin toruna düşməmək üçün vacib bilgilər verilməlidir.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından isə sorğumuza cavab verən olmadı. Komissiyanın rəhbər müavini Vasif Quliyev isə telefon zənglərimizi cavabsız qoydu.DİN iddiaları əsassız sayırDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə və məktəb ətraflarında narkotik maddəllərin satıldığına dair səsləndirilən iddialar əsassızdır və həqiqətə uyğun deyil. Onun sözlərinə görə, iddialar şəxsi mülahizələrə əsaslanır, müdafiə xarakteri daşıyır: "Həbs olunan Göyçək Əliməmmədovanın mülahizələri heç şübhəsiz ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə istintaq olunan digər şəxslərin ənənəvi iddialarından fərqlənmir. O, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində təqsirləndirildiyi üçün istintaq olunub. Əməlləri tam sübuta yetirilməklə məhkəmə araşdırmaları ilə təsdiq olunaraq barəsində hökm çıxarılıb".A. Qafarov bildirib ki, məktəb və məktəb ətraflarında polis əməkdaşları həm xüsusi texniki vasitələrin köməkliyi, həm də digər yollarla daim monitoriqlər aparır: "Baş verən istənilən neqativ hadisəyə operativ reaksiya verilir. Vətəndaşlar əmin ola bilərlər ki, təhsil ocaqları və ətrafları daim polis nəzarətindədir. Bir faktı da qeyd edim ki, bu ilin əvvəlindən daxili işlər orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı 3 tona yaxın narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyədən çıxarılması mübarizənin genişmiqyaslı olmasından xəbər verir".Narkomanların sayı günü-gündən artırQeyd edək ki, Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət faciəvi həddədir. Təkcə cari ilin birinci rübü ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib.Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
narkotacir, məktəb, narkotik, məktəblilər, şagirdlər
narkotacir, məktəb, narkotik, məktəblilər, şagirdlər
Məktəblilər təhlükədə - Onlar necə narkotacirlərin qurbanına çevrilir
09:29 02.10.2022 (Yenilənib: 09:40 02.10.2022) Kamran Əsədov deyir ki, Elm və Təhsil Nazirliyi ən çox narkomaniya ilə bağlı maarifləndirməyə qrant ayırsa da, bunu öz dost-tanışlarına həvalə etdiklərindən, layihələr formal icra olunur.
BAKI, 2 oktyabr — Sputnik. Bakıda narkotik satışı ilə məşğul olan qadının məhkəmədə ifadəsi valideynlər arasında ciddi narahatlıq yaradıb. 20 yaşlı Günay Quliyevanın (ad-soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində məktəblərin ətrafında narkotik satışı ilə məşğul olduğunu söyləməsi övladı məktəbli olan valideynlərin təşvişinə səbəb olub. Narkokuryer Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib.
O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittihama əsasən, Bakının Binəqədi rayonunda kirayə yaşayan qadın, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyıb. 2021-ci ilin noyabrında daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində saxlanılan qadının üzərindən 4,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd həbdə təsiredici maddəsinin ümumilikdə 0,44 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülüb. Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Günayın şagirdlərə də narkotik satdığı müəyyən edilib. O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Şagirdləri "ağ ölüm"ün girdabına salan qadın həbs olunsa da, narkotik maddələrin digər məktəblərin ətrafında, şagirdlər arasında satışının davam etdiyi istisna deyil.
Məktəb direktoru təkzib edir
179 saylı məktəbin direktoru Bəyaz Məhərrəmova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəb ciddi mühafizə olunur: "Biz məktəbin daxilinə cavabdehik. Məktəbimizdə 100-dən çox kamera var. Narkotik maddələrin zərəri barədə şagirdlər arasında maarifləndirmə tədbirləri aparılır. Məktəbimizin psixoloqu daim şagirdlərlə narkomaniyanın zərəri barədə məlumatlar verir. Valideynləri belə heç bir vacib işi olmadan məktəbə buraxmırıq. Bu hadisədə məktəbimizin adının hallanması diqqəti başqa yerə yönəltmək də ola bilər".
B. Məhərrəmova bildirib ki, məktəbin şagirdləri arasında narkotik maddə aludəçisi yoxdur. Onun fikrincə, əgər belə bir hal olarsa mütləq valideyn məktəbə məlumat verər, o verməsə belə, şagirdin müalicə aldığı narkoloji dispanser bu barədə məktəbi məlumatlandırır. B. Məhərrəmova qeyd edib ki, şagirdlərini öz övladı kimi qoruyur, onların bu bəlaya düçar olmasının qarşısını almaq üçün məktəb kollektivi əlindən gələni edir. Bununla belə direktor qeyd etdi ki, bu məsələdə valideyn nəzarəti də vacibdir: "Şagird məktəbin qapısından içəri daxil olan andan biz ona cavabdehik. Amma şagirdlərin üzərində valideyn nəzarəti də olmalıdır. Valideynlər övladlarının dərsdən çıxdıqdan sonra hara getdiyi, evdə davranışlarına ciddi nəzarət etməlidirlər. Bu məsələdə həm məktəb, həmçinin də valideyn məsuliyyəti olmalıdır ki, şagirdlər zərərli vərdişlərə aludə olmasın".
Məktəblərdə maarifləndirmə zəif aparılır
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin narkotik maddələrin təsiri altına düşməsinin qarşısının alınması üçün məktəblərdə ciddi maarifləndirmə tədbirləri aparılmalıdır. Həmsöhbətimiz deyir ki, narkokuryerlərin hədəf olaraq məktəblərin ətrafını seçməsi təsadüfi deyil. Onlar bu yolla narkotik maddələrin zərəri barədə məlumatsız olan şagirdləri daha tez tora sala bilirlər:
"Ona görə də məktəblərdə narkotik maddələrin zərərləri barədə ciddi maarifləndirmə işləri aparılmalıdır. Təəssüf ki, bu gün məktəblərdə bu iş çox zəifdir. Elm və Təhsil Nazirliyi ən çox narkomaniya ilə bağlı maarifləndirici layihələrə qrant ayırır. Amma bu layihələri öz dost-tanışlarına həvalə etdiklərindən, layihələr formal icra olunur. Narkomaniya barədə şagirdlərə düzgün məlumat verilmir. Bəzən narkomaniyaya qarşı elə şəkillər təqdim edirlər ki, əksinə, şagirdlərdə bu maddələrə həvəs oyadırlar. Layihələrin icrası zamanı bu məsələlər diqqətdə saxlanılmalıdır. Uşaqların gözü qarşısında narkomaniyanın məhv etdiyini əks etdirən səhnələr canlandırılmalı, narkotacirlərin onları bu zərərli vərdişə cəlb etmə yolları izah olunmalıdır. Bundan əlavə şagirdlərin dərsdən yayınmasının qarşısı alınmalıdır".
K. Əsədov deyir ki, bundan əlavə məktəblərdə şagirdlərin davranışına da diqqət yetirilməlidir. Çünki, narkotik maddə istifadə edən şagirdlərin davranışından bunu sezmək mümkündür.
Konfetə narkotik əlavə edib vermək olar?
Həkim-narkoloq Pərvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda iki növ narkotik maddə populyardır. Bunlar heroin və metamfetamindir. P. Məmmədov bildirib ki, bunların hər ikisi asılılıq yaradır.
Həkim-narkoloq bildirdi ki, narkotik maddənin konfetə əlavə edilib verilməsi mümkündür. P. Məmmədov deyir ki, heroin qəbul edən şəxslərdə psixi asılılıq formalaşmır. Onun sözlərinə görə, narkotik istifadə edənlərdə fiziki asılılıq iki aya formalaşa bilər. Metamfetamində isə fiziki asılılıq olmur. P. Məmmədov qeyd etdi ki, narkotik maddə qəbul edən şəxsdə psixi asılılıq isə nə onun əhval ruhiyəsinə nə təsir edirsə ona qarşı yaranır: "Əgər şagird bilmirsə qəbul etdiyi narkotik maddədir bu zaman narkotik maddəyə qarşı psixi asılılıq yaranmır. İstifadə etdiyi konfetə qarşı asılılıq yaranır. Narkoman o şəxslərdir ki, onlar şüurlu şəkildə narkotiki alıb istifadə edirlər".
Həkim-narkoloq deyir ki, valideynlər uşaqlarının davranışlarından da narkotik aludəçisi olduğunu başa düşə bilərlər. Onun sözlərinə görə, uşaq həddindən artıq aktivləşirsə metamfetamin, çox yatırsa heroin qəbul edir: "Narkotik maddə insanın fiziki və psixi vəziyyətini dəyişir. Metamfetamin qəbul edən ən sakit uşaq belə bundan sonra aktivləşir, yersiz gülür, yaxud da lazımsız hərəkətlər edir. Heroin qəbul edənlər isə daha çox yatırlar. Metamfetamin istifadəçiləri yemək yemir, günü-gündən arıqlayırlar. Marixuana istifadə edənlərdə isə aclıq hissi artır. Qanda şəkər düşdüyündən, şirniyyata orqanizmin təlabatı artır".
Həkim-narkoloq deyir ki, bu əlamətlərdən valideynlər uşaqlarının narkotik maddə aludəçisi olub-olmadığını, hansı narkotik maddəni qəbul etdiyini müəyyənləşdirə bilərlər.
Dövlət Komissiyası yenə susur
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisindən bildirdilər ki, vəziyyətin bu həddə gəlib çıxacağı gözlənilən idi. Ofisdən onu da qeyd ediblər ki, məktəblilərin narkotacirlərin toruna düşməsinin qarşısını almaq üçün şagirdlər arasında narkomaniyanın zərərləri barədə məlumatlandırma işi aparılmalıdır. Həmçinin onlara narkokuryerlərin toruna düşməmək üçün vacib bilgilər verilməlidir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından isə sorğumuza cavab verən olmadı. Komissiyanın rəhbər müavini Vasif Quliyev isə telefon zənglərimizi cavabsız qoydu.
DİN iddiaları əsassız sayır
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə və məktəb ətraflarında narkotik maddəllərin satıldığına dair səsləndirilən iddialar əsassızdır və həqiqətə uyğun deyil. Onun sözlərinə görə, iddialar şəxsi mülahizələrə əsaslanır, müdafiə xarakteri daşıyır: "Həbs olunan Göyçək Əliməmmədovanın mülahizələri heç şübhəsiz ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə istintaq olunan digər şəxslərin ənənəvi iddialarından fərqlənmir. O, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində təqsirləndirildiyi üçün istintaq olunub. Əməlləri tam sübuta yetirilməklə məhkəmə araşdırmaları ilə təsdiq olunaraq barəsində hökm çıxarılıb".
A. Qafarov bildirib ki, məktəb və məktəb ətraflarında polis əməkdaşları həm xüsusi texniki vasitələrin köməkliyi, həm də digər yollarla daim monitoriqlər aparır: "Baş verən istənilən neqativ hadisəyə operativ reaksiya verilir. Vətəndaşlar əmin ola bilərlər ki, təhsil ocaqları və ətrafları daim polis nəzarətindədir. Bir faktı da qeyd edim ki, bu ilin əvvəlindən daxili işlər orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı 3 tona yaxın narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyədən çıxarılması mübarizənin genişmiqyaslı olmasından xəbər verir".
Narkomanların sayı günü-gündən artır
Qeyd edək ki, Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət faciəvi həddədir. Təkcə cari ilin birinci rübü ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib.
Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.