CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış müğənninin ölüm səbəbi və dəfn ediləcəyi yer açıqlandı

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rəhim Rəhimlinin 43 yaşı var idi.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar, MTV-nin keçmiş direktoru Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.
Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.
Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.
Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
Xəbər lenti
0