Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müğənni Rəhim Rəhimli hansı xəstəlikdən əziyyət çəkib?

© PhotoRəhim Rəhimli
Rəhim Rəhimli - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
İfaçının ölüm səbəbi kimi ürək tutması göstərilib. O, gecə saatlarında dünyasını dəyişib.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycanın tanınmış pop müğənnisi Rəhim Rəhimli vəfat edib.
Bu barədə onun sənətçi yoldaşları Faiq Ağayev və prodüser Tarix Əliyev öz sosial şəbəkə hesablarında yazıblar.
İfaçının ölüm səbəbi kimi ürək tutması göstərilib. İfaçının prodüseri Həmzə Məmmədli bildirib ki, son zamanlar Rəhim Rəhimlinin ürəyi xəstə olub. Bu səbəbdən də o, gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.
Ölkənin bir sıra məşhurları da Rəhim Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər. Müğənni Vasif Məhərrəmli sosial şəbəkə hesabında yazıb ki, bir müddət əvvəl Rəhimi tədbirə dəvət edib. Amma Rəhim tədbirə gələ bilməyəcəyini deyib və xəstə olduğunu isbatlamaq üçün ona ayaqlarının şəklini göndərib. Bu şəkildə onun ayaqlarının kəskin şişkin olduğu nəzərə çarpıb.
Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. O, 2006-cı ildən bəstəkar, müğənni və aktyor kimi fəaliyyət göstərib.
Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır.
O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.
Xəbər lenti
0