SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Bununla bağlı məsələ parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilib.
BAKI, 30 sentyabr-Sputnik. Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi təsdiqlənib.
Bununla bağlı məsələ parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilib.
Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiqlənib.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidenti, Milli Məclisin deputatları, Ali Məhkəmə, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi
6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;
7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;
8. “Ali təhsil haqqında” qanun layihəsi
9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
Daxili Nizamnamənin birinci maddəsinə (Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 30.09.2022
SİYASƏT
Milli Məclisin bugünkü iclasının gündəliyində 30 məsələ var
Xəbər lenti
0