CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələri ləğv etmək lazımdır - deputat Razi Nurullayev

© Depositphotos.com / _ella_Скрепленные канцелярским зажимом документы
Скрепленные канцелярским зажимом документы - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Deputatın sözlərinə görə, bələdiyyə orqanlarının 2006-2007-ci illərdə verdiyi torpaqların sənədləri haqqında müzakirə aparılmalı, bu məsələ öz həllini tapmalıdır.
BAKI, 30 sentyabr - Sputnik. Bələdiyyə sənədləri tanınmır, deyirlər ki, mənasız kağız parçasıdır. Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa, o sənəd və qəbzlərlə bağlı ləğv qərarı verilsin, vətəndaş və iş adamlarına da kompensasiya ödənilsin.
Bu sözləri parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
O, bələdiyyələrin 2006-2007-ci illər arasında verdiyi torpaq və mülk sənədlərinin taleyinin həll edilməsi barədə məsələnin və problemin kökündən həll edilməsinin payız sessiyasında müzakirəsini təklif edib.
Deputat qeyd edib ki, bələdiyyələr bu illər ərzində iş adamlarına və vətəndaşlara torpaq alqı-satqısı və icarəsi haqqında sənəd və ödəniş qəbzi verib. İndi o qəbzlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir ki, o vəsaiti gərək bələdiyyələr öz büdcəsinə yox, xidmətin xəzinədarlığına ödəyərdi.
"İndi nə iş adamı, nə də vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilir. Bələdiyyə sənədləri tanınmır, deyirlər ki, mənasız kağız parçasıdır", - R.Nurullayev deyib.
O əlavə edib ki, çoxları məhkəmələrə də baş vurur, hüquq firmalarına müraciət edir. Lakin məsələ yenə də həll edilmir:
“Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa, o sənəd və qəbzlərlə bağlı ləğv qərarı verilsin, vətəndaş və iş adamlarına da kompensasiya ödənilsin. Bələdiyyənin verdiyi sənədləri tanımırıqsa, belə çıxır ki, onda bələdiyyələri də ləğv etmək lazımdır. Çox ciddi və minlərlə insanı gücə-gündüz narahat edən məsələdir. Təklif edirəm ki, bu məsələnin araşdırılması ilə bağlı göstəriş verilsin və addımlar atılsın. Müvafiq qanunlara dəyişikliklər edək və məsələ kökündən həll edilsin”.
Xatırladaq ki, Milli Məclisdə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə - “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi məsələsinə baxılıb.
Bildirilib ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib.
Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib. Həmin qanunun icrası məqsədilə “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda müvafiq dəyişiklik təklif olunur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Xəbər lenti
0