QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilan Hava Limanı bu tarixdə açılacaq

© Photo : AZALFüzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı  - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Sentyabrın 9-da "Azərbaycan Hava Yolları"nın (AZAL) ən böyük sərnişin təyyarəsi "Airbus A340-500" ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib.
BAKI, 29 sentyabr — Sputnik. Zəngilan Hava Limanının nə zaman açılacağı məlum olub. Bu barədə APA-ya Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev açıqlama verib.
O bildirib ki, hava limanının oktyabrın ortalarında açılacağı gözlənilir.
Sentyabrın 9-da "Azərbaycan Hava Yolları"nın (AZAL) ən böyük sərnişin təyyarəsi "Airbus A340-500" ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.
Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Qeyd etməliyik ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz olunub. Perronun sahəsi 60 min kvadratmetrdir.
Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən Hava Hərəkəti İdarəsi qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.
Xəbər lenti
0