Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya prezidentinin köməkçisi: "Son dərəcə təhlükəli vəziyyətdir"

© Sputnik / Владимир АстапковичDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Rusiya Baş Prokurorluğu "Şimal axını-1" və "Şimal axını-2"yə ​​dəyən ziyanın beynəlxalq terrorizm maddəsi ilə açılan cinayət işi çərçivəsində araşdırılacağını bəyan edib.
BAKI, 29 sentyabr — Sputnik. "Şimal axını" ilə bağlı insidentlərin araşdırılması bir neçə ölkənin əməkdaşlığını tələb edəcək. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hər şey vəziyyətdən asılı olacaq. Təbii ki, burada bir neçə ölkənin qarşılıqlı fəaliyyəti tələb olunacaq", - Peskov jurnalistlərə açıqlamasında deyib.
Prezidentin mətbuat katibi vəziyyətin təcili araşdırma tələb etdiyini və son dərəcə təhlükəli olduğunu dilə gətirib.
Rusiya prezidentinin köməkçisi həmçinin bildirib ki, bu, bir hadisədir:
© AFP 2024 / ODD ANDERSEN"Şimal axını - 2" yazısı olan yol nişanı, arxiv şəkli
Указатель с надписью Северный поток - 2, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.09.2022
"Şimal axını - 2" yazısı olan yol nişanı, arxiv şəkli
"Hələ ki, biz daha dəqiq kvalifikasiya verə bilmərik. Amma dağıntıların miqyası göstərir ki, bu, həqiqətən də, bir akt idi. Təbii ki, hansısa dövlətin iştirakı olmadan belə bir terror aksiyasının baş verə biləcəyini təsəvvür etmək çox çətindir".
Onun sözlərinə görə, indiki şəraitdə, belə kəskin kommunikasiya çatışmazlığının mövcud olduğu və bir çox ölkələrin Rusiya ilə əlaqə yaratmaq istəmədiyi bir şəraitdə çoxlu suallar yaranır.
Sentyabrın 26-na keçən gecə "Şimal axını-2" boru kəmərinin xətlərindən birində sızma baş verib. Qəza Danimarkanın Bornholm adasının cənub-şərqindəki xüsusi iqtisadi zonada baş verib.
Bu gün isə İsveç Sahil Mühafizəsinin daha bir qaz sızması aşkar etdiyi barədə xəbərlər yayılıb.
Rusiya Baş Prokurorluğu daha əvvəl bildirib ki, "Şimal axını-1" və "Şimal axını-2"yə ​​dəyən ziyan beynəlxalq terrorizm maddəsi ilə açılan cinayət işi çərçivəsində Fedaral Təhlükəsizlik Xidməti tərəfindən araşdırılacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Rusiya hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı planlaşdırır.
Xəbər lenti
0