https://sputnik.az/20220929/azerbaycan-ermenistana-silah-verilmesinin-qarsisini-alir---pasinyan-446845767.html
Azərbaycan Ermənistana silah verilməsinin qarşısını alır - Paşinyan
Azərbaycan Ermənistana silah verilməsinin qarşısını alır - Paşinyan
Sputnik Azərbaycan
Ermənistan baş naziri bildirib ki, silahların alınması üçün yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə... 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T12:30+0400
2022-09-29T12:30+0400
2022-09-29T12:30+0400
nikol paşinyan
dünya xəbərləri
silah
silah-sursat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442603345_0:0:3091:1739_1920x0_80_0_0_40643ee2d0f02c9ef4b210de215c0eb8.jpg
BAKI, 29 sentyabr — Sputnik. Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər, bunun üçün ilkin sifariş verilmişdi. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib."Silahların alınması üçün yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar acı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik", - Paşinyan Ermənistan parlamentinin iclasında deyib.Onun sözlərinə görə, bu, bir məqsədlə həyata keçirilir - Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi üçün edilir."Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik", - Paşinyan əlavə edib.Hökumət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistana silah verilməsinin qarşısının alınmasında mühüm rol oynayır.Onun sözlərinə görə, Azərbaycan imkan daxilində bütün istiqamətlərdə, o cümlədən müttəfiqlər tərəfindən silah tədarükünün qarşısını alır.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442603345_8:0:2737:2047_1920x0_80_0_0_d180bbb157bd1bf8ae1cb995d1e35b8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, silah, silah-sursat, azərbaycan
nikol paşinyan, silah, silah-sursat, azərbaycan
Azərbaycan Ermənistana silah verilməsinin qarşısını alır - Paşinyan
Ermənistan baş naziri bildirib ki, silahların alınması üçün yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib.
BAKI, 29 sentyabr — Sputnik. Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər, bunun üçün ilkin sifariş verilmişdi. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
"Silahların alınması üçün yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar acı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik", - Paşinyan Ermənistan parlamentinin iclasında deyib.
Onun sözlərinə görə, bu, bir məqsədlə həyata keçirilir - Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi üçün edilir.
"Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik", - Paşinyan əlavə edib.
Hökumət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistana silah verilməsinin qarşısının alınmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, Azərbaycan imkan daxilində bütün istiqamətlərdə, o cümlədən müttəfiqlər tərəfindən silah tədarükünün qarşısını alır.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.