CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vyaçeslav Volodin Sahibə Qafarovanı Rusiyaya dəvət etdi

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Dövlət Dumasının spikeri daha intensiv əlaqə saxlamağın vacibliyini qeyd edib və ümid etdiyini bildirib ki, artıq təkcə videobağlantı və ya telefonla ünsiyyət qura biləcəyiniz vaxt keçmişdə qalıb.
BAKI, 26 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı ilin sonuna qədər Rusiyaya rəsmi səfərə dəvət edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
"Bu gün ünsiyyət qurmaq imkanına, Azərbaycana səfərə dəvətə görə təşəkkür edirəm. Təbii ki, biz sizi ilin sonuna qədər cavab səfərinə gözləyirik", - Volodin Azərbaycanın spikeri ilə görüşdə deyib.
Dövlət Dumasının spikeri daha intensiv əlaqə saxlamağın vacibliyini qeyd edib və ümid etdiyini bildirib ki, artıq təkcə videobağlantı və ya telefonla ünsiyyət qura biləcəyiniz vaxt keçmişdə qalıb.
Parlamentarinin sözlərinə görə, Azərbaycanla Rusiya arasında əlaqələr təkcə iqtisadi sahədə deyil, həm də təhsil və humanitar sahədə dinamik şəkildə inkişaf edir.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün Azərbaycana gəlib. Volodin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Dövlət Dumasının sədri Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını da ziyarət edib, məzarı önünə əklil qoyub.
Xəbər lenti
0