https://sputnik.az/20220926/rusiya-yerevanla-baki-arasinda-mubahiselerin-hellinde-helledici-rol-oynayir---makey-446693781.html
Rusiya Yerevanla Bakı arasında mübahisələrin həllində həlledici rol oynayır - Makey
Rusiya Yerevanla Bakı arasında mübahisələrin həllində həlledici rol oynayır - Makey
Sputnik Azərbaycan
Belarus XİN rəhbərinin sözlərinə görə, müvafiq müraciət olarsa, Minsk bu münaqişələrin həllində iştirak etməyə, danışıqlar üçün öz platformasını təqdim etməyə... 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T12:21+0400
2022-09-26T12:21+0400
2022-09-26T12:36+0400
rusiya
belarus
ermənistan
azərbaycan
bakı
yerevan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434191666_0:0:3079:1731_1920x0_80_0_0_ecce222694e228053c9fec76859b91dc.jpg
BAKI, 26 sentyabr — Sputnik. Belarusun xarici işlər naziri Vladimir Makey Qərbin Bakı ilə Yerevan, Düşənbə ilə Bişkek arasındakı ziddiyyətlərin həllinə kömək edəcəyinə böyük ümid bəsləməməyə çağırıb. Bu barədə "RİA Novosti" məlumat yayıb.XİN rəhbərinin sözlərinə görə, müvafiq müraciət olarsa, Minsk bu münaqişələrin həllində iştirak etməyə, danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır:"Amma bəzi ölkələr haradasa xaricdə, xüsusən də Avropada olan xarici tərəfdaşları özlərinə cəlb etməyə çalışırlar və bunun münaqişələrin həllində onlara kömək edəcəyinə inanırlar. Mənim nəzərimdə, çox vaxt bu tərəfdaşlar, əksinə, münaqişələrin gərgin vəziyyətdə saxlanmasında maraqlı olurlar", - deyə Makey agentliyə müsahibəsində bildirib.Makey, bəzi ölkələrin yardım üçün Avropa və ABŞ-dakı tərəfdaşlarına müraciət etdiyini bildirib."Mən bu tərəfdaşların onlara kömək edəcəyinə çox da ümid etməzdim. Mənim şəxsi fikrim budur ki, bu tərəfdaşlar çox vaxt, əksinə, bu ölkələrin Rusiya ilə münasibətlərini korlamağa və postsovet məkanında gərginlik yaratmağa çalışırlar", - deyə o fikirlərini yekunlaşdırıb.Vladimir Makey ölkələrin bir-birini dinləməyəcəyi təqdirdə planetar müharibənin başlaya biləcəyini deyib.Makey BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsində iştirak edir. O, yüksək səviyyəli həftə ilə bağlı təəssüratlarından danışaraq qeyd edib ki, görüşlər, çıxışlar onda ikili hisslər doğurur.Makeyin sözlərinə görə, müzakirələrdə BMT-nin prioritetlərinin və ayrı-ayrı ölkələrin fəaliyyətinin müəyyənləşdirilməsinə aydın diqqət yetirilmir."Əvvəla, Rusiyaya qarşı qınaqlar var, kimsə öz problemlərindən danışır, amma indi bizim üçün ən vacib olanı aydın başa düşməliyik", - deyə nazir bildirib.O, bütün dövlətləri bir-birini ittiham etməyi dayandırmağa və ilk növbədə atılması lazım olan addımlar üzərində düşünməyə, prioritetləri müəyyənləşdirməyə çağırıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434191666_166:0:2897:2048_1920x0_80_0_0_41d822dcb919378d404780f895093843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus, ermənistan, azərbaycan, bakı, yerevan, rusiya
belarus, ermənistan, azərbaycan, bakı, yerevan, rusiya
Rusiya Yerevanla Bakı arasında mübahisələrin həllində həlledici rol oynayır - Makey
12:21 26.09.2022 (Yenilənib: 12:36 26.09.2022) Belarus XİN rəhbərinin sözlərinə görə, müvafiq müraciət olarsa, Minsk bu münaqişələrin həllində iştirak etməyə, danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.
BAKI, 26 sentyabr — Sputnik. Belarusun xarici işlər naziri Vladimir Makey Qərbin Bakı ilə Yerevan, Düşənbə ilə Bişkek arasındakı ziddiyyətlərin həllinə kömək edəcəyinə böyük ümid bəsləməməyə çağırıb. Bu barədə "RİA Novosti" məlumat yayıb.
XİN rəhbərinin sözlərinə görə, müvafiq müraciət olarsa, Minsk bu münaqişələrin həllində iştirak etməyə, danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır:
"Biz bilirik ki, Rusiya xüsusilə Ermənistanla Azərbaycan arasında mübahisələrin həllində həlledici, önəmli rol oynayır. Həqiqətən də, sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etmək üçün yaxşı təklif var. Düşünürəm ki, bu qəbul olunacaq".
"Amma bəzi ölkələr haradasa xaricdə, xüsusən də Avropada olan xarici tərəfdaşları özlərinə cəlb etməyə çalışırlar və bunun münaqişələrin həllində onlara kömək edəcəyinə inanırlar. Mənim nəzərimdə, çox vaxt bu tərəfdaşlar, əksinə, münaqişələrin gərgin vəziyyətdə saxlanmasında maraqlı olurlar", - deyə Makey agentliyə müsahibəsində bildirib.
Makey, bəzi ölkələrin yardım üçün Avropa və ABŞ-dakı tərəfdaşlarına müraciət etdiyini bildirib.
"Mən bu tərəfdaşların onlara kömək edəcəyinə çox da ümid etməzdim. Mənim şəxsi fikrim budur ki, bu tərəfdaşlar çox vaxt, əksinə, bu ölkələrin Rusiya ilə münasibətlərini korlamağa və postsovet məkanında gərginlik yaratmağa çalışırlar", - deyə o fikirlərini yekunlaşdırıb.
Vladimir Makey ölkələrin bir-birini dinləməyəcəyi təqdirdə planetar müharibənin başlaya biləcəyini deyib.
Makey BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsində iştirak edir. O, yüksək səviyyəli həftə ilə bağlı təəssüratlarından danışaraq qeyd edib ki, görüşlər, çıxışlar onda ikili hisslər doğurur.
Makeyin sözlərinə görə, müzakirələrdə BMT-nin prioritetlərinin və ayrı-ayrı ölkələrin fəaliyyətinin müəyyənləşdirilməsinə aydın diqqət yetirilmir.
"Əvvəla, Rusiyaya qarşı qınaqlar var, kimsə öz problemlərindən danışır, amma indi bizim üçün ən vacib olanı aydın başa düşməliyik", - deyə nazir bildirib.
"Biz baş verənlər barədə düşünməliyik ki, qarşıdurma səviyyəsi görünməmiş həddə çatıb və bu, planet üçün zərərlidir. Əgər belə davam edərsə, bir-birimizi dinləməsək, eşitməsək, bu, çox ciddi nəticələrə gətirib çıxara bilər. O cümlədən planetar müharibəni istisna etmək olmaz", - deyə o vurğulayıb.
O, bütün dövlətləri bir-birini ittiham etməyi dayandırmağa və ilk növbədə atılması lazım olan addımlar üzərində düşünməyə, prioritetləri müəyyənləşdirməyə çağırıb.