Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeronda qadın qətlə yetirildi, qardaşı saxlanıldı

© Sputnik / Murad OrujovPolis, arxiv şəkli
Polis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Sentyabrın 25-də Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKI, 26 sentyabr — Sputnik. Abşeron rayonunda Xalidə Əsədova qətlə yetirilib, qardaşı saxlanılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 25-i saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Xəbər lenti
0